
“VII Forum Azərbaycanın mövqeyini, gücünü dünyaya göstərən bir tədbirdir” - Deputat
14:07 14.03.2019
Arxiv
518
"VII Qlobal Bakı Formunun Azərbaycanda keçirilməsi təsədüfi deyil”.
Bu barədə "Sherg.az”a millət vəkili Tahir Kərimli bildirib.
Onun sözlərinə görə, VII Qlobal Bakı Forumu Azərbaycanın mövqeyini, gücünü dünyaya göstərən bir tədbirdir:

"Bu tədbir Nizami Gəncəvi adına bir forumdur. Burada elə gözlənilirdi ki, forum ədəbiyyat və ya humanitar sahələri əhatə edəcək. Amma bildiyiniz kimi, bu cür tədbirlərdə 50 -dən çox dövlətin həm indiki, həm sabiq prezidentləri, həm baş nazirləri, həm də Nobel mükafatçıaları kimi önəmli insanlar iştirak edir. Belə forumlara son zamanlar daha çox önəm verilir. Artıq birmənalı şəkildə dünyada Bakı beynəlxalq tədbirlərin mərkəzlərindən biri kimi tanınır.
Bu ölkəmiz üçün vacib məsələdir. Çünki forumda humanitar sahələrlə yanaşı dünya üçün gərəkli olan iqtisadi, logistika, regional məsələlər müzakirə olunur. Azərbaycan 10 milyon əhalisi, 86,6 kvadrat kilometr ərazisi olan bir dövlət olsa da, öz çəkisindən qat-qat böyük layihələri, tədbirləri təşkil edir. Bütün bunlar da dünyada Azərbaycanın çəkisini, strateji əhəmiyyətini, təsir etmə imkanlarını artırır. Azərbaycan dünyada yeganə dövlətlərdən biridir ki, ərazisində şimal-cənub, qərb-şərq xətlərini birləşdirir. Ona görə də, ölkəmiz ərazisindən tranzit su, hava, quru yolları keçir.
Azərbaycanın tranzit mövqeyi gündən-günə artır və bu da ölkəmizə mənfəət qazandırır. Bütün bu imkanlara görə, qonşu dövlətlər Azərbaycana paxıllıqla yanaşırdı. Amma ulu öndər Heydər Əliyev bu səpkidə olan bir çox dövlətləri neytrallaşdırdı.
Azərbaycan Xəzər dənizinin özünə aid olan karbohidrogen məhsullarını azad şəkildə çıxarıb, dünya bazarına ixrac edə bildi. Hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyində böyük rol oynayan ölkələrdən biridir. Bütün bu amillər ölkəmizin nüfuzunu artır. Məhz buna görə də, belə beynalxalq tədbirlər ölkəmizdə baş tutur. Fikrimcə, VII Qlobal Bakı Forumu Azərbaycana bir sıra müsbət amil bəxş edəcək”.
Kənan Eynuroğlu
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya