Xanım deputat: “Şəhidlər Xiyabanında Xocalı abidəsi qoyulsun!”





Millət vəkili Qənirə Paşayeva Şəhidlər Xiyabanında Xocalı abidəsi qoyulmasını təklif edir. 

Sherg.az-ın məlumatına görə xanım millət vəkili Milli Məclisdə Xocalı soyqrımının müzakirəsi zamanı deyib ki, Azərbaycana qonaq gələn rəsmi və ya qeyri-rəsmi nümayəndələr Şəhidlər Xiyabanını ziyarət edirlər:

"Bu protokol qaydasıdır. Ona görə də hesab edirəm ki, orada Xocalıya aid abidə qoyulsa, yaxud ayrıca soyqırımla bağlı muzey ya da informasiya mərkəzi yaradılsa yaxşı olar.Bu zaman həqiqətləri daha geniş miqyasda tanıda bilərik. Həmçinin biz artıq soyqırımla bağlı bir film çəkib nümayiş etdirməliyik. Yəhudilər "Pianist” filmi ilə məruz qaldıqları hadisələri dünyaya nümayiş etdirə bildiklər. Biz niyə bu vasitədən istifadə etməyək?”.

Anar