Xaricdə təhsil proqramının dayandırılması maliyyə ilə bağlıdır
19:21 03.10.2016
Arxiv
439
Ancaq bizdə elə ixtisaslar var ki, bu ixtisaslar üzrə xaricdə təhsil almaq olduqca vacibdi
Xaricdə təhsil proqramının dayandırılması kifayət qədər aktual bir məsələyə çevrilib. 2016-cı ildə bu prosesin ləğv olunması xaricdə təhsil almaq istəyənlərin narahatlığına səbəb olub. Təhsil ekspertləri, həmçinin millət vəkilləri hesab edir ki, ölkəmizdə savadlı kadrlara ehtiyac var.
Buna görə də istedadlı gənclərin təhsil alması davam etdirilməlidir.
Deputat Qüdrət Həsənquliyev Milli Məclisin payız sessiyasının ilk iclasında bu barədə danışıb. Onun sözlərinə görə, Azərbaycana yüksək ixtisaslı kadrlar lazımdır: "Xüsusi bir qanun layihəsi qəbul etmək lazımdır. Biz yaxın 10 ildə hər il heç olmasa, 100 istedadlı tələbəni xarici ölkələrin yüksək ali təhsil müəssisələrinə göndərməliyik. Azərbaycanda çox yüksək ixtisaslı hüquqşünaslara ehtiyac var”.
Təhsil eksperti Məlahət Mürşüdlü isə "Şərq”ə açıqlamasında bu prosesin ləğvini iqtisadi əsaslarla əlaqələndirib. Onun sözlərinə görə, dolların bahalaşması səbəblərdən biri ola bilər: "Hər bir tələbə üçün dövlət hesabından minlərlə dollar ödənilirdi. Görünür, belə çətinliklərə görə bu qərar qəbul edilib. Dolların bahalaşması xaricdə təhsil proqramının dayandırılmasına səbəb ola bilər. Bizdə elə ixtisaslar var ki, bu ixtisaslar üzrə xaricdə təhsil almaq olduqca vacibdi. Ölkəmizdə həmin sahə üzrə çatışmayan mütəxəssislərin yetişdirilməsi mühüm hadisədi. Düşünürəm ki, araşdırmalar aparılmalı və əsaslı səbəblər göstərilməliydi. Daha sonra isə xaricdə təhsilin ləğv olunması addımı atılmalı idi. Bütün müasir tələblərə cavab verən savadlı kadrların yetişdirilməsi hər şeydən əvvəl ölkəmiz üçün lazımlıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm