Xəzərdə helikopter FACİƏSİ: 5 ölü




Xəzər dənizində baş verən helikopter qəzasında 5 nəfər həıak olub.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin İran sektorunda, Mazandaran vilayətinin Bahşəhir sahillərində baş verib. İran Neft Şirkətinə məxsus helikoperdə 3 heyət üzvü, həkim və dənizdəki platformalardan birindən evakuasiya olunan neftçi olub.
Onların cəsədləri artıq dənizdən çıxarılıb.