Xocalı soyqırımı ilə bağlı Avropa Parlamentində bəyanat hazırlanır





Milli Məclisin 20 deputatı Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda, iclaslarda iştirak edir. 

"Sherg.az"ın məlumatına görə, bunu parlamentin bugünkü iclasında spiker Oqtay Əsədov deyib. 

Sədr bildirib ki, Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır: "Xocalı Soyqırımı ilə bağlı Avropa parlamentində bəyanat hazırlanır. Milli Məclis bu isitiqamətdə müəyyən addımlar atacaq”.