“Yaponiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” - ŞƏRH
Fidan Həmişəyeva
13:28 03.09.2020
Arxiv
644
“Bu, bizim üçün çox önəmlidir”
“Son illərdə Yaponiya ilə təhsil sahəsində əlaqələrimiz də inkişaf edir”
“Səfirlərlə görüşdə bu məsələlər yenidən təhlil olunub. Eyni zamanda gələcək əməkdaşlıq üçün istiqamətlər müəyyənləşdirilib”
Dünən Prezidenti İlham Əliyev Yaponiya və Yunanıstanın ölkəmizə yeni təyin olunmuş səfirlərini qəbul edib. Ölkə başçısı Azərbaycanın xarici siyasətini və milli maraqlarımızı səfirlərin diqqətinə çatdırıb.
Ölkə başçısı Yaponiyanın səfiri Cuniçi Vadanı qəbul edərkən iki ölkə arasında münasibətlərin uğurla inkişaf etdiyini deyib. Prezident Yaponiya ilə əməkdaşlığın çox geniş gündəliyi olduğunu bildirərək, fəal siyasi dialoqların mövcudluğunu da vurğulayıb.
Görüş barədə “Sherg.az”a danışan politoloq İlqar Vəlizadə bildirib ki, Yaponiya Azərbaycanın vacib tərəfdaşlarından biridir.
Analitikin sözlərinə görə, ölkəmizin Yaponiya ilə çoxlu sayda birgə layihələri olub:
“Xüsusilə infrasutrukur sahəsində olan layihələri qeyd etmək lazımdır. Bu layihələrin həyata keçirilməsi həm Yaponiya, həm də ölkəmiz üçün faydalıdır. Əməkdaşlığımız müxtəlif sahələrdə inkişaf edir. O cümlədən İnformasiya Kommunikasiya Texnologiyalar sahəsində də Yaponiya ilə əməkdaşlığımız var”.
İ.Vəlizadə qeyd edib ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin beynəxalq norma və hüquq çərçivəsində həllini dəstəkləyir:
“Bu, bizim üçün çox önəmlidir”.
Politoloq Azərbaycanın Yaponiya üçün regionda bir nömrəli ticarət və iqtisadi partnyor olduğunu da diqqətə çatdırıb:
“Xüsusilə nəqliyyat sektorunda olan layihələrimiz vacibdir. Son illərdə Yaponiya ilə təhsil sahəsində əlaqələrimiz də inkişaf edir. Azərbaycanlı tələbələr Yaponiyada təhsil alır, həmçinin yaponiyalı tələbələr ölkəmizə gəlir.
Əlbəttə, səfirlərlə görüşdə bu məsələlər yenidən təhlil olunub. Eyni zamanda gələcək əməkdaşlıq üçün istiqamətlər müəyyənləşdirilib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Maykl” filmi qlobal kassada rekord qırdı
20:24 29.06.2026
Şou
Ermənistanda bəzi qüvvələr Rusiyanı ləkələyir - Qaluzin
20:00 29.06.2026
Region
Nazir: Kibertəhlükəsizlik istiqamətləri 58 təşəbbüsü əhatə edir
19:53 29.06.2026
Siyasət
Nağd pul dövrü bitir: Naxçıvan rəqəmsal nəqliyyata keçir
19:36 29.06.2026
Ölkə
“Fənərbağça” Qrinvud üçün rəsmi təklif göndərdi
19:12 29.06.2026
Futbol
“Mançester Siti”nin yeni baş məşqçisi məlum olub
18:53 29.06.2026
Futbol
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
18:37 29.06.2026
Futbol
Yaxın Şərqdə sülh hələ çox uzaqdadır - Politoloq
18:18 29.06.2026
Gündəm
Türkiyə Prezidenti Almaniya Kansleri ilə telefon danışığı aparıb
17:59 29.06.2026
Gündəm
Türk dünyasının gələcəyi Bakıda yazılır - Türkoloq
17:39 29.06.2026
Gündəm
Almaniyada silahlı hücum: Çox sayda ölən və yaralanan var
17:35 29.06.2026
Hadisə