“Əgər dövlətə məxsus bir kolxoz olsa, oradan gətiriləcək mal ətinin qiymətinin aşağı olması mümkün görünür”
Yarmarkalarda əti 6-7 manata satırlar
20:47 17.04.2017
Arxiv
725
Bunun iki izahı var: ya həmin fermerin ağlı yoxdu, ya da satdığı ət murdardır
“Əgər dövlətə məxsus bir kolxoz olsa, oradan gətiriləcək mal ətinin qiymətinin aşağı olması mümkün görünür”
“Əgər dövlətə məxsus bir kolxoz olsa, oradan gətiriləcək mal ətinin qiymətinin aşağı olması mümkün görünür”
Milli Məclisin ötən iclasında millət vəkili Fazil Mustafa qida təhlükəsizliyi məsələsində hökm sürən vəziyyətə də diqqət çəkib. Son vaxtlar hər gün filan rayonda at kəsildi, eşşək kəsildi, it kəsildi kimi xəbərləri oxuduğunu vurğulayan millət vəkili qeyd edib ki, bu heyvanları kəsib lüləkabab şəklində restoranlarda vətəndaşlara yedirirlər: "Bu, hansısa məmurun vəsaitlər qazanması müqabilində baş verir. Yaxud adi Xəzər dənizinin balığına da vətəndaş həsrət qalıb. Mal-heyvanı, nefti-qazı başa düşdük. Bu balığa ki, ot, yem verilmir.
Elə qiymət qoyurlar ki... Bu ölkədə yaşayan vətəndaş da, heç olmasa, o kürüdən bir qaşıq yeyə bilməlidir axı. Heç olmasa, bu sahədə qiymətlərə nəzarət etmək lazımdır”.
Millət vəkilinin toxunduğu məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, azad bazar iqtisadiyyatında qiymətləri bazar özü tənzimləməlidir.
Dövlət məmurlarının qiymət tənzimləməsi hüquqi baxımdan düzgün olmadığı üçün bu sahəyə nəzarət mümkün deyil:
"Dövlət ancaq vergiləri aşağı salmaqla bolluq yaradılmasına şərait yarada bilər. Kənd Təsərrüfatı Nazirliyinin işçilərinin hər həftə sonu fermerlərin istehsal etdiyi məhsullara qiymət müəyyənləşdirməsi düzgün deyil. Bu addım azad bazar iqtisadiyyatına ziddir. Yarmarkalarda fermerlər 6-7 manata ət satırlar. Bunun isə iki izahı var: ya həmin fermerin ağlı yoxdu, ya da satdığı ət murdardır. Heç bir normal insan qapısında 9 manata satdığı halal mal ətini gətirib Bakıda 6-7 manata satmaz”.
AİB sədrinin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qiyməti yalnız bolluq yaratmaqla aşağı sala bilər:
"Əgər dövlətə məxsus bir kolxoz olsa, oradan gətiriləcək mal ətinin qiymətinin aşağı olması mümkün görünür. Yox, kimsə rayonda heyvanı kəsib 8-10 manata satırsa, həmin ət paytaxtda ucuz qiymətə necə satılar? Təsadüfi deyil ki, hələ 2011-ci ilin 16 yanvar tarixində Nazirlər Kabinetinin yığıncağından başlayaraq, ölkə Prezidenti dəfələrlə qiymət artımının qarşısını almaq üçün iş aparılması ilə bağlı dövlət orqanlarına tapşırıqlar verib. Ancaq ötən bu müddət ərzində İqtisadiyyat Nazirliyi hansı karter sövdələşməsinin üstünü aça, hansı monopoliyanı aradan qaldıra bildi? İqtisadiyyat Nazirliyi guya məqsədyönlü siyasət aparır. Cənab Prezident fərman imzalayıb ki, sahibkarlara toxunmaq olmaz. 2 il əvvəl həmin fərmanda nəzərdə tutulurdu ki, qiymətlər aşağı düşəcək, məmurlar rüşvət almayacaqlar. Qiymətlər göz qabağındadır, məmurlar da gizli yoxlamalar aparmaqda davam edirlər. Əksinə, məmurlar sahibkarları himayə etməli fərmandan öz şəxsi maraqlarını təmin etmək üçün həmin o sahibkara qarşı istifadə edirlər. Gizli yoxlamalar aparırlar. Digər tərəfdən də bazarda zir-zibil məhsulların, murdar ətlərin piştaxtalara çıxmasına şərait yaradırlar. 20 ilə yaxındır "leş mafiyası” ilə mübarizə aparırıq, amma nəticə yoxdur. Dövlət qurumlarının əməli dəstəyi olmasa, vəziyyət belə də davam edəcək. Tələb varsa, təklif də olacaq. Azərbaycanlılar özləri də bilmədən it, at, ulaq, eşşək, ölmüş heyvanların ətini yeməkdə davam edəcəklər. Bunu uşaq bağçalarında uşaqlara, restoranlarda qonaqlara, kafelərdə müştərilərə yedizdirəcəklər. Bazar-dükanlardan vətəndaş belə ətləri ən müxtəlif şəkildə - farş, kolbasa, sosiska şəkilində alacaq. Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi deyəndə ki, it ətini də satmaq olar, vəziyyət dəyişməyəcək. Əlbəttə ki, bu açıqlama belə ətlərin satışına "yaşıl işıq” yandırmaqdır.
E.Hüseynovun sözlərinə görə, qiymətlərin süni bahalaşması ilə bağlı ən böyük problem marketlərlə bağlıdır.
İri marketlər məhsulların vitrinlərin ön hissələrində yerləşdirilməsi üçün istehsalçılardan əlavə pul alır. İri mağazalar şəbəkələrinin keçirdiyi pulsuz və endirimli aksiyalar da istehsalçı şirkətlərin hesabına aparılır. İstehsalçılar isə həmin vəsaitləri məhsulun qiymətinə əlavə etdiyi üçün bahalaşma günü-gündən artır.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm
Özbəkistan Prezidenti Pezeşkiana zəng etdi
17:38 29.09.2026
Gündəm
İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq müzakirə olunub
17:17 29.09.2026
Sosial
Rusiyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var - VİDEO
16:49 29.09.2026
Hadisə
Avropa Komissiyasının nümayəndə heyəti Azərbaycana gəlib
16:39 29.09.2026
Gündəm
Lənkəranda hissedilən zəlzələ olub
16:06 29.09.2026
Hərbi
Alimləri heyrətə salan “xəyalət”: 100 milyonda bir rast gəlinir
16:02 29.09.2026
Maraqlı
İrandan vəd: Öldürüb cəsədini gətirin, 10 milyrad verək!
15:58 29.09.2026
Dünya