Yatarkən boğazına diş protezi ilişdi -Fotolar

Antalyada 80 yaşlı Cənnət Ü.ın yatarkən diş protezi boğazına düşüb. Amma onu xilas edə biliblər.
Hadisə, Serik dövlət xəstəxanasının Təcili Xidmətində yaşanıb. Xəstəxanaya tənəffüs problemiylə gətirilən Cənnət Ü. üçün qulaq, burun, boğaz mütəxəssisi Mustafa Altıntaşa xəbər verilib. Xəstənin yaxınları, qarının birdən boğazının tıxandığını və səbəbini bilmədiklərini söyləyib. Op.Dr. Altıntaş, endoskopik kamerayla baxdığı xəstənin boğazında 3 dişli protez olduğunu görüb və uzun bir məşğuliyyət nəticəsində protezi çıxarmağı bacarıb. İlk dəfə belə bir hadisə ilə qarşılaşdığını ifadə edən Mustafa Altıntaş, "Müdaxilə edən zaman xəstə göyərməyə başlayıb. Mən və tibb bacıları bir ara xəstəni 112 ilə başqa bir yerə sövq etməyi düşündük, amma xəstə yolda həyatını itirə bilərdi. Saniyələrlə yarışdıq” deyib. Üçüncü sınaqda diş protezini çıxardıqlarını qeyd edən Altıntaş, "Xəstənin nəfəs borusu açıldığı üçün rahat nəfəs alıb, verməyə başladı. Həm biz, həm də xəstə rahatlaşdı " deyə bildirib. Mustafa Altıntaş, diş protezi istifadə edənlərə də tövsiyələr verib: "Xüsusilə yaşlı adamların ən böyük səhvi taxma dişlərlə yatmasıdı. Protez dişlə yatmaq doğru deyil. Çünki yuxu zamanı bu xəstədə olduğu kimi protez diş boğaza düşə və ölümə səbəb ola bilər” deyib.