"Yaxın günlərdə yeni qadağalar ola bilər" - AÇIQLAMA
13:47 01.04.2021
Arxiv
439
"Məktəblərin bağlanması infeksiyanın yayılmasının qarşısının alınması yollarından biridir. Əsas məqsəd odur ki, insanlar bir-biri ilə az təmasda olsunlar”.
Bu barədə Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, koronavirusun yeni ştammına artıq uşaqlar da yoluxur: "Uşaqlar daşıyıcı olmaqla evdəki insanları da yoluxdura bilirlər. Uşaqlar məktəblərdə uzun müddət bir-biriləri ilə təmasda olurlar və çox zaman da qaydalara əməl etməkdə onlara nəzarət etmək çətin olur. Bu mənada, məktəblərin distant tədrisə keçidi virusun yayılmasının qarşısını almaq üçün atılan addımlardan biridir.
Təbii ki, Operativ Qərargah hər şeyin monitorinqini aparır və yaxın günlərdə virusa yoluxmalarda artım davam etsə, başqa məhdudlaşdırıcı tədbirlərin görülməsi zərurəti də ortaya çıxacaq.
Bir daha vətəndaşlarımızı tam məsuliyyətli olmağa, karatin qaydalarına ciddi əməl etməyə çağırıram. Eyni zamanda, vaksinasiyanın aktivləşdirilməsinə ehtiyac var və insanlar da bu prosesdə aktivlik göstərməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə