Yaxın vaxtlarda Bakı metrosunda daha 2 yeni qatar xəttə buraxılacaq

Bakıya gətirilən yeni qatarların hazırda depoda sazlama işləri aparılır. Gələn ayın ortalarınadək Bakı metrosunda ümumilikdə 10 vaqondan ibarət 2 yeni qatar xəttə buraxılacaq.

Bu barədə "Sherg.az"a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, yeni qatarlar artıq Bakıya gətirilib. Hazırda qatarların depoda sazlama işləri həyata keçirilir. Bundan sonra isə qatarlar sınaqdan keçiriləcək və tezliklə xəttə buraxılacaq.

ƏTRAFLI
Nar.az
B.Məmmədov qeyd edib ki, daha 2 yeni qatar isə avqustun sonlarında Bakıya gətiriləcək və bununla da, cari il üçün nəzərdə tutulan yeni qatarların gətirilməsi yekunlaşacaq.