Yol polisindən sürücülərə MÜRACİƏT
09:45 14.03.2019
Arxiv
554
Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində yol hərəkəti təhlükəsizliyinin təmin olunması və baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının vaxtında alınması məqsədilə sürücülərə müraciət edib.
İdarədən ONA-ya verilən məlumatda qeyd olunur ki, qarşıdan gələn Novruz bayramı ilə əlaqədar tətil günlərində respublikanın bölgələrinə səfər edən, istirahət zonalarına üz tutan insanların sayının artacağı və bununla da ümumi istifadədə olan avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyinin artacağı gözlənilir: "Səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə xüsusi diqqət ayırın və aşkar olunan nasazlıqları təxirə salmadan aradan qaldırın. Hərəkət zamanı təhlükəsizlik kəmərlərinin təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir. Unutmayaq ki, təhlükəsizlik kəmərlərinin bağlanılmaması təkcə məsuliyyət yaratmır, həm də qəfil tormozlama və ya hər hansı toqquşma zamanı sürücü və sərnişinlərin həyat və sağlamlıqlarına təhlükə riskini artırır. Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir”.
Müraciətdə həmçinin qeyd olunur ki, uzaq məsafələrə səfərlər zamanı sürücülər yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməsinlər: "Belə halda siz yalnız özünüzü deyil, sərnişinlərinizi və digər hərəkət iştirakçılarını da təhlükə qarşısında qoya bilərsiniz. Mümkün qədər hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobilinizi saxlayıb istirahət edin. Bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.
Yolboyu ötmə, manevretmə hərəkətlərini edərkən tələsməyin. Bu hərəkətlərə başlamazdan qabaq qarşıdan gələn, eləcə də eyni istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin hərəkət sürətini düzgün hesablayın, arxayın olmadığınız, yanlış qərar verməyin. Unutmayın, qaydalara riayət etməklə siz, həm özünüz, həm də əzizləriniz üçün bayram günlərinin xoş keçməsinə zəmin yaratmış olacaqsınız!”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İran səbirsizliklə razılaşma gözləyir
21:42 22.05.2026
Dünya
WUF-13 postmünaqişə gündəliyinin növbəti təntənəsi oldu - TƏHLİL
21:35 22.05.2026
Gündəm
Marko Rubio və Hakan Fidan arasında görüş olub
21:29 22.05.2026
Gündəm
CHP-də kompromis olmazsa, parçalanma qaçılmazdır - ŞƏRH
21:28 22.05.2026
Gündəm
“Real” David Alaba ilə yollarını ayırdığını açıqlayıb
21:05 22.05.2026
Dünya
WUF-13-də erməni vəhşiliyi ifşa olundu - ŞƏRH
20:53 22.05.2026
Gündəm
Rubio: ABŞ və İran uranın utilizasiyası məsələsini həll etməlidir
20:41 22.05.2026
Dünya
Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək
20:21 22.05.2026
Ekologiya
Məkkədə Böyük Həcc ziyarəti bu vaxt başlayacaq
20:02 22.05.2026
Cəmiyyət
Kim Çen In İlham Əliyevi təbrik edib
19:40 22.05.2026
Rəsmi
Bəhreyn Kralı İlham Əliyevə təbrik məktubu göndərib
19:33 22.05.2026
Rəsmi
BƏƏ Prezidenti Azərbaycan liderini təbrik edib
19:26 22.05.2026
Rəsmi
"Sabah" mövsümü qalib başa vurub
19:19 22.05.2026
Futbol
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm