Zakir Həsənov bayramda hərbi hospitalda olub - FOTO
07:27 21.03.2017
Arxiv
368
Müdafiə Nazirliyin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
Lent.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, hərbi tibb müəssisəsinin həyətində ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub və ehtiram ifadə edilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb, hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.
Sonra hərbi qulluqçuların ailə üzvləri, hərbçi və mülki qadın əməkdaşlara yüksək səviyyədə tibbi xidmətin göstərilməsi üçün nəzərdə tutulan, son texnoloji nailiyyətlərə əsaslanaraq müasir avadanlıq və cihazlarla təchiz edilmiş Doğum şöbəsinin açılışı olub.
Tibbi heyətlə görüşən Müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib, müraciət edənlərə yüksək peşəkarlıq və qayğı ilə xidmət göstərilməsi ilə bağlı tapşırıqlar verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniyanın ən yüksək maaş alan idmançısı müəyyənləşdi
00:42 01.10.2026
İdman
İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb
00:20 01.10.2026
Gündəm
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Zığ şosesində yük maşını aşdı - Yol bağlandı
23:13 30.09.2026
Hadisə
Qarabağdakı bağçalarda işləmək istəyənlərə xoş xəbər
22:50 30.09.2026
Elm və Təhsil
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət