Zəif görənlər işığa qovuşacaq

Sentyabrın 18-də Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Zəif görənlər (Low Vision) bölməsi fəaliyyətə başlayıb. Mərkəzin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar Elm Xadimi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu, tibb üzrə elmlər doktoru, professor Elmar Qasımovun təşəbbüsü ilə yaradılan bu xidmət ölkədə ilk dəfədir. 
Bəzən göz xəstəlikləri müalicə olunsa da əldə olunan görmə həyat fəliyyətində xəstələrə kifayət etmir. Xəstələr oxumaqda, televiziya izləməkdə əziyyət çəkir, sosial, məişət həyatında əvvəlki aktivliyini yaşaya bilmirlər. Əksər xəstələr bu görmə ilə qane olub aşağı keyfiyyətli həyat fəaliyyəti sürdürürlər. Belə xəstələr üçün Azərbaycanda ilk dəfə yaradılmış, son texnologiya ilə təhciz olunmuş, yüksək elmi potensiala malik Zəif görənlər bölməsi (LOW VİSİON) açılıb. Zəif görənlər (Low Vision) bölməsində hər bir xəstəyə fərdi yanaşılaraq, həyat fəaliyyətini və səviyyəsini daha da rahatlaşdıran son texnologiya ilə Low Vision cihazları seçilir və təyin edilir. Məhz bu şəraitdən yararlanan usaq oftolmoloqu Aysel Əkbərova xəstələrə xidmət göstərir. 0-3 yaş arası zəif görən uşaqlar üçün xüsusi reabilitasiya proqramı təyin edilir. Bu müalicədən sonra həqiqətən görmə funksiyası olmayan bir uşaqda  ən azı özünün minimal ehtiyaclarını ödəməyə imkan verən görmə itiliyi qazandırılır.