Zoya Tadevosyanın bəyanatı sıradan deyil
20:35 01.08.2018
Arxiv
868
“Ermənistan cəmiyyətində Dağlıq Qarabağ məsələsində Azərbaycana doğru meyillənmə müşahidə olunmaqdadır”
"Erməni Milli Konqresi”nin üzvü Zoya Tadevosyan İrəvanda keçirilən mətbuat konfransında Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasının vacibliyindən danışıb. Fikirləri ilə erməni ictimaiyyətində qalmaqal yaradan Tadevosyan "bu auditoriyada oturanların hamısı yaxşı anlayır ki, həmin ərazilər işğal edilib” deyərək düşmən ölkənin siyasətçilərini əməlli-başlı özündən çıxarıb: "Azərbaycanın işğal edilmiş əraziləri qaytarılmalıdır. Heç kim məndən inciməsin”. Jurnalistin "bu bəyanat ərazilərin işğal edildiyi deməkdirmi” sualına erməni siyasətçi sualla cavab verib: "Məgər bu torpaqlar ermənilərindir?”.
Tadevosyanın üzvü olduğu "Erməni Milli Konqresi” partiyasının lideri, keçmiş prezident Levon Ter-Petrosyan da münaqişənin ərazilərin Azərbaycana qaytarılması çərçivəsində həll edilməsi ilə bağlı zaman-zaman fikirlərini gündəmə gətirib. Lakin hər dəfə Koçaryan və Serj Sarkisyan qruplaşmasının təzyiqlərinə məruz qalıb. Hətta sonuncu parlament seçkilərində Petrosyanın partiyası parlamentdən uzaqlaşdırıldı. "Vətəndaş razılaşması” partiyasının parlament fraksiyasının üzvü Alen Simoyan da ölkənin üzləşdiyi bəlaların kökündə Respublika Partiyasının və ona rəhbərlik etmiş Koçaryan-Sarkisyan qruplaşmasının dayandığını açıqlayıb. O, Müasir Ermənistanın bütün ideologiyasının yalan, böhtan üzərində qurulduğunu bildirib.
Erməni parlamentarinin etirafını "Şərq”ə dəyərləndirən politoloq Mübariz Əhmədoğlu bildirib ki, Ermənistandakı "məxməri inqilab” Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün meydana gəlmişdi. Ekspertin sözlərinə görə, Ermənistandakı "məxməri inqilab”ın əsas özəyi tələbə gənclər idi. Lakin inqilabda bircə dəfə də olsun Qarabağın adı çəkilmədi:
"Əksinə, mitinqlərdə hərbiçilər iştirak etdilər və aksiyaların istiqamətini, mövzusunu dəyişdirdilər. Mitinqlərdə erməni xalqı Nikol Paşinyanı ona görə dəstəklədi ki, onun Qarabağla bağlı mövqeyi ənənəvi Qarabağ klanından fərqli idi. Sadəcə, Paşinyan ruhi xəstə olduğundan, mövqeyi tez-tez dəyişdiyindən tez zamanda Qarabağla bağlı mövqeyini dəyişdi. Ona görə də daha sonra Nikol Paşinyan əvvəlki dəstəyini itirdi. İndi baş nazirin sözünə əməl edən yoxdur”.
Analitik bəyan edib ki, hazırda Ermənistanda, o cümlədən Dağlıq Qarabağda baş verənlər sadəcə çox vacibdir: "Çox istərdim ki, Sülh Platformasında olan xanımlarımız Zoya Tadevosyanın bəyanatlarına münasibət bildirsinlər. Çünki onun dedikləri tam həqiqətdir. Qadın cəsarət nümunəsi ortalığa qoyaraq Dağlıq Qarabağın işğal olunmuş ərazi olduğunu deyib. Ermənistan cəmiyyəti içində Dağlıq Qarabağ məsələsində Azərbaycana doğru meyillənmə müşahidə olunmaqdadır. Bu istiqamətdə ciddi proseslər gedir. Zənn edirəm ki, beynəlxalq təşkilatlar, Avropa İttifaqı bu məsələləri diqqətə almalı, həqiqəti deyən ermənilə təkan verilməlidir. Bundan sonra erməni ictimaiyyətinin Dağlıq Qarabağ məsələsində fikir dəyişikliyi geri dönməz hal alacaq”.
"Erməni Milli Konqresi”nin üzvü Zoya Tadevosyanın çağırışları erməni cəmiyyətinə təsir göstərəcək”. Bu sözləri isə "Sherg.az”a millət vəkili Elman Məmmədov söyləyib. Onun sözlərinə görə, Z.Tadevosyan tək deyil, Ermənistanda bir çox siyasətçilər də onunla eyni fikirdədir: "Xanım siyasətçi cəmiyyətdə nüfuzlu bir konqresi təmsil edir. Ermənistanda və o ölkədən kənarda yaşayan kifayət qədər tanınmış ermənilərin də bu təşkilatla əlaqəsi var. Həmin şəxslər artıq səmimi etiraf edirlər ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və gec-tez qaytaracaq. Z.Tadevosyan isə bu fikirləri səsləndirməklə yanaşı cəmiyyəti də buna kökləyir. Düzdür, erməni siyasətçinin bu fikirlərinə müəyyən etirazlar olur, bu təbiidir. İstənilən halda o, həqiqətləri dilə gətirir və Ermənistan cəmiyyəti də gec-tez bunu anlayacaq.
Ermənistan işğal olunmuş torpaqlarımızı geri qaytarmalıdır. Təkrar edirəm, artıq erməni siyasətçilər işğalçı olduqlarını etiraf edirlər. Dağlıq Qarabağ münaqişəsi həll edilmədiyi müddətcə, Ermənistan regional layihələrdən kənarda qalacaq, iqtisadi inkişafı mümkün olmayacaq. Münaqişə həll edilərsə, Azərbaycan torpaqları geri qaytarılarsa, Ermənistan düşdüyü vəziyyətdən çıxa bilər. Ermənistan cəmiyyəti bunu anlamağa başlayıb”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya