
İntihar “cavanlaşıb"! – Səbəb:“Hamı sosial şəbəkədədir, amma hamı asosialdır”
Yusif Nəzərli
15:49 15.02.2022
Hadisə
1113
Son günlərdə Azərbaycanda intiharlar “cavanlaşıb. Ötən gün paytaxtda iki intihar hadisəsi qeydə alınıb. Birinci olay paytaxtın Xəzər rayonu, Şüvəlan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 20 yaşlı Xədicə Yaşar qızı Adıyeva yaşadığı evin həyətində özünü asıb. Digər intihar faktı isə Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. Məlumata görə, 2000-ci il təvəllüdlü E.Məmmədli özünü binanın 9-cu mərtəbəsinin eyvanından atıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bununla yanaşı, bu gün Astara sakini özünü asaraq intihar edib.1981-ci il təvəllüdlü Zaur Məhərrəm oğlu Sovqatovun meyiti kənd sakinləri tərəfində aşkarlanıb. Üzərindən çıxan məktuba görə, onun böyük məbləğdə vergi borcu olub.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisələrin baş vermə səbəblərini “Sherg.az”a izah edən psixoloq Fərqanə Mehmanqızı bildirib ki, belə hadislərdə uşaqlıq travmaları böyük rol oynayır:
“İntihar, aqressiya, depressiya, panik-atak bu və ya digər halların daxilində uşaqlıq travmaları yatır. Bu uşaqlıq travması isə böyüyən psixohəssas insanların ətrafın onlara qarşı münasibəti və onların ətrafa qarşı münasibətinin nəticəsidir. İnsan özünü həyata realizə edə bilməyəndə natamamlıq kompleksindən əziyyət çəkir. Bu kompleksdən əziyyət çəkən insanlar isə gec-tez ya qatil olur, ya da intihar edir. Ona görə də bu kimi hallara çox rast gəlinir”.
Psixoloq insanların yetərincə sosial olmadığını hesab edir:
“Cəmiyyət aqressiyadan əziyyət çəkir, empati bacarıqları aşağı düşüb. İnsanlar bir-birilərini dinləmirlər və bir-birlərinə qarşı həssaslıq öləziyib. Bu da mənəvi aclığa gətirib çıxarır. Mənəvi aclıqdan əziyyət çəkən insanlar depressiyaya düşürlər. Depressiyayının xroniki hal alması və peşəkarlardan yardım istənməməsi intihara gətirib çıxarır. Bu gün hamı sosial şəbəkədədir, amma əslində hamısı asosialdır”.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Serbiya parlamentində ikinci gündür yeni sədr seçilə bilmir
23:32 18.11.2026
Dünya
İsrail Qəzzanın mərkəzində əməliyyata başladı
22:54 18.11.2026
Gündəm
Putinlə Trampın görüşü qısa olacaq - Kreml
22:18 18.11.2026
Dünya
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya