Teymur Musayev Dumitru Latiçevski ilə görüşdü - FOTO
Yusif Nəzərli
11:32 01.06.2022
Cəmiyyət
493
Səhiyyə Nazirliyində Qlobal Fondun Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional meneceri Dumitru Latiçevski ilə görüş keçirilib.
Nazirlikdən bildirilib ki, səhiyyə naziri Teymur Musayev Azərbaycanın Qlobal Fond ilə əlaqələrə və əməkdaşlığa hər zaman önəm verdiyini vurğulayıb.
Onun sözlərinə görə, 2005-ci ildən QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fond Azərbaycanda vərəm əleyhinə fəaliyyətin maliyyələşdirilməsində yaxından iştirak edir:
“Hazırda Qlobal Fondun layihələri davamlı olaraq Azərbaycanda həyata keçirilir və vərəmlə mübarizəmizə böyük töhfə verir”.
Çıxışının sonunda Teymur Musayev gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu deyib.
Öz növbəsində Dumitru Latiçevski Qlobal Fond ilə Azərbaycan arasında səmərəli əməkdaşlığı vurğulayaraq, ölkəmizin səhiyyə sistemində aparılan islahatların dəstəkləndiyini bildirib. Dumitru Latiçevski həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi Qlobal Fondun dəstəyi ilə Azərbaycanda İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) təmasdan öncə profilaktikası (TÖP - PrEP) adlı pilot layihənin icrasına başladı:
“Bu yeni metod riskli təmaslar zamanı İİV-ə yoluxmanın qarşısını almaqdan ötrü sağlam insanlar tərəfindən antiretroviruslu dərman vasitələrindən istifadəni nəzərdə tutur”.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Başına top dəyən futbolçu öldü
19:42 16.11.2026
Futbol
Putin APEC sammitindən dərhal sonra Tacikistana gedəcək
19:34 16.11.2026
Aktual
Tramp Çində Putin və Si Cinpinlə görüşəcəyini təsdiqləyib
19:26 16.11.2026
Aktual
COP31-in sədri Azərbaycan pavilyonunu ziyarət etdi
19:18 16.11.2026
Gündəm
Britaniya nəşri hazırda İranı kimlərin idarə etdiyini açıqladı
19:11 16.11.2026
Dünya
Tramp Çində Putinlə yanaşı Kim Çen Inla da görüşə bilər
18:47 16.11.2026
Dünya
Azərbaycan bu beynəlxalq şuranın üzvü seçildi
18:45 16.11.2026
Gündəm
Gəncədə 42 yaşlı kişi 4-cü mərtəbədən yıxılıb
18:39 16.11.2026
Hadisə
Dolların mövqeyi zəifləyir, manat güclənir - İZAH
18:28 16.11.2026
İqtisadiyyat
Bakı-London iqtisadi tərəfdaşlığı genişlənir - TƏHLİL
18:09 16.11.2026
Gündəm
Aİ Ukraynaya silah tədarükü üçün 1,76 milyard avro ayırdı
18:03 16.11.2026
Dünya
Bakıda bal yarmarkasının tarixi və yeri dəyişdirildi
17:58 16.11.2026
Sosial
Hörmüz boğazında daha bir neft tankeri minaya düşüb
17:49 16.11.2026
Dünya
Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir
17:47 16.11.2026
Sosial
İran və Pakistan XİN rəhbərləri görüşdü
17:21 16.11.2026
Dünya