Azay Quliyev: “İrəvanda Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyinin təmin olunacağına inanmırıq”
Yusif Sultanoğlu
09:53 01.07.2023
Siyasət
602
“Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti payız sessiyasının İrəvanda keçiriləcəyi təqdirdə üzvlərinin təhlükəsizliyinin təmin olunacağına şübhə ilə yanaşır”.
“Report” xəbər verir ki, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Azay Quliyev ATƏT Parlament Assambleyasının Daimi Komitəsinin Vankuverdə keçirilən iclasında payız sessiyasının İrəvanda keçirilməsi təklifinin müzakirəsi zamanı bildirib.
Azərbaycan nümayəndə heyətinin rəhbəri bu il aprelin 14-də İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılışında Ermənistanın baş naziri Nikol Paşinyanın da tamaşaçılar arasında olduğu zaman Azərbaycan bayrağının yandırılması hadisəsindən danışıb.
“Beynəlxalq təzyiqlərlə üzləşən Ermənistan təqsirkarı saxlayıb, lakin həmin şəxs heç bir ittiham irəli sürülmədən dərhal azadlığa buraxılıb. Ən pis məqam odur ki, cəmiyyət o şəxsi qəhrəman elan edib... Bu hadisə ucbatından Azərbaycan idmançıları yarışlara qatılmadan ölkəni tərk etməyə məcbur oldular”, - o vurğulayıb.
A.Quliyev ATƏT-i sessiyanın İrəvanda keçiriləcəyi təqdirdə Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyinin tam təmininə əmin olmağa çağırıb: “Ümid edirəm ki, qərar qəbul edilməzdən əvvəl bütün bu məsələlər diqqətlə nəzərdən keçiriləcək”.
Xatırladaq ki, dünən Kanadanın Vankuver şəhərində ATƏT Parlament Assambleyasının iyulun 4-dək davam edəcək 30-cu illik sessiyası işə başlayıb. İclasda Milli Məclisin deputatları Azay Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev və Tural Gəncəliyev iştirak edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gecə Rusiyada 430 Ukrayna PUA-sı vurulub
09:45 09.11.2026
Dünya
Tünd kişmiş cavanlaşdırır
09:41 09.11.2026
Sağlamlıq
Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb
09:27 09.11.2026
İqtisadiyyat
800 illik qəsr 1 avroya satılır
09:19 09.11.2026
Dünya
Tramp vəzifədən getməzdən əvvəl kütləvi əfv fərmanları imzalayacaq
08:58 09.11.2026
Dünya
Yuxudan duran kimi bunu edin
08:20 09.11.2026
Cəmiyyət
Ceyson Momoa sevgilisi ilə
07:51 09.11.2026
Şou
"Nvidia" rəhbərinin casusluqla mümkün əlaqəsini araşdırır
07:17 09.11.2026
Aktual
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region