Zəfər Partiyası: Azərbaycan Qarabağ Zəfərində Atatürkə sayğısını da göstərdi

Türkiyənin müxalif Zəfər Partiyası Azərbaycanı Zəfər Günü münasibətilə təbrik edib.

Teleqraf xəbər verir ki, bununla əlaqədar partiyanın sosial media hesablarında video paylaşılıb.

“Azərbaycanın həm kədərini, həm də sevincini daim qəlbimizdə hiss etmişik. Qardaş Azərbaycanın da Atatürkə sayğı və sevgisini Zəfər Gününü 10 noyabrdan 8 noyabra keçirməsi ilə gördük.

Azərbaycanın 8 Noyabr Zəfər Günü mübarək olsun. Qardaşlığımız daim, zəfərimiz mübarək olsun. Azərbaycan candır”, - paylaşımda bildirilib.