“Altı il əvvəl bir bədən olan Azərbaycan xalqı qardaşım İlham Əliyevin rəhbərliyi altında böyük qəhrəmanlıqla Qarabağı yenidən azadlığına qovuşdurdu”.
Sherg.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
O bildirib ki, bu zəfər Azərbaycanın haqlı davasının ən gözəl təzahürü və türk coğrafiyasının qürur mənbəyidir.