Xalq rəssamı vəfat edib
Yusif Nəzərli
08:54 12.07.2023
Mədəniyyət
685
Azərbaycan Respublikasının Xalq rəssamı Fazil Nəcəfov iyulun 11-də 88 yaşında vəfat edib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, Fazil İmamverdi oğlu Nəcəfov 16 fevral 1935-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1961-ci ildə V.İ.Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunu bitirib.
Fazil Nəcəfov “İçərişəhər qadınları”, “Ana”, “Korların nəğməsi”, “Teatr”, “H.B.Vəzirov”, “Səhər”, “Zamanın oyunları”, “Fortuna”, “Qulyabani”, “Qoca”, “Qız”, “Gənc qadın”, “Çılpaq qadın”, “Qadın”, “Oturmuş qadın”, “Qara ay”, “Korlar”, “Mələk”, “Həyatın mərtəbələri”, “Zamanın sədası”, “Söhbət”, “İstirahət edən qoca”, “Minillik insan”, “İbadət”, “Əkizlər”, “Fontan” kimi əsərlərin müəllifidir.
2014-cü ildə Fazil Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaradıb.
O, 2015-ci ildə Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə 56-cı Venesiya Biennalesində 8 əsəri ilə iştirak edib.
Fazil Nəcəfov 7 may 1988-ci ildə “Azərbaycan SSR Əməkdar incəsənət xadimi”, 30 may 2002-ci ildə “Azərbaycan Respublikasının Xalq rəssamı” fəxri adlarına layiq görülüb. Rəssam 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya