Azərbaycan QH Üçlüyü çərçivəsində Uqanda ilə əməkdaşlıqda maraqlıdr
18:25 22.09.2023
Siyasət
460
22 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Uqanda Respublikasının vitse-prezidenti Cessika Alupo ilə görüşüb.
APA xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Görüşdə, iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə Qoşulmama Hərəkatı (QH) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Nazir Ceyhun Bayramov ölkəmizin son dövrlərdə, xüsusilə Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə Uqanda ilə təmaslarının artdığını qeyd edərək, bundan sonra da QH Üçlüyü (Troika) çərçivəsində aktiv əməkdaşlıq etmək niyyətində olduğumuzu bildirib, Hərəkatın gələcək Uqanda sədrliyinə uğurlar arzu edib.
Müxtəlif sahələrdə təcrübə mübadiləsinin münasibətlərin, o cümlədən ölkələrimizin inkişafına töhfə verdiyini qeyd edən nazir Ceyhun Bayramov, Uqandanın Hoima şəhərində Azərbaycanın ASAN xidmət modeli əsasında yaradılmış vətəndaşlara xidmət mərkəzinin açılmasının bunun bariz nümunəsi olduğunu qeyd edib.
Vitse-prezident Cessika Alupo Azərbaycanın QH-ya sədrliyi dövründə Hərəkatın dirçəldilməsi, nüfuzunun artırılması istiqamətində səylərin təqdirəlayiq olduğunu, bu xüsusda mövcud bu uğurlu təcrübənin növbəti illərdə davam etdirilməsi üçün əməkdaşlığın vacibliyini vurğulayıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm