
Avropa və ABŞ Paşinyanı sui-qəsddən qoruyur - ŞƏRH
Yusif Nəzərli
12:15 27.09.2023
Aktual
647
"ABŞ-nin rəsmilərinin Ermənistana gəlməsi Vaşinqtonun birbaşa Nikol Paşinyana verdiyi dəstəyi nümayiş etdirməyə hesablanıb".
Bunu "Sherg.az"a açıqlamasında politoloq Natiq Miri Ermənistandakı son vəziyyəti dəyərləndirərkən deyib.
O bildirib ki, ABŞ Paşinyanın yanında olduğunu və onu qoruyacağını göstərmək istəyir:
"Nümayəndə heyəti vasitəsilə Amerika Prezidenti Co Baydenin Paşinyana göndərdiyi məktub ciddi dəstəyin təzahürüdür. Həmçinin Nikol Paşinyan təkcə Ermənistandakı polis gücünə müdafiə olunmur. Düşünürəm ki, ABŞ və Avropanın xüsusi xidmət orqanlarının nümayəndələri də bu prosesin iştirakçılarıdır və Paşinyanı sui-qəsddən qoruyurlar. Eyni zamanda kütləvi nümayişlərdə də peşəkarcasına davranılaraq böyük təxribatlara imkan verilmir. Yəni oradakı polislər xarici xüsusi xidmət orqanları səviyyəsində hazırlanıb. Digər tərəfdən müxalifət Paşinyanın əleyhinə olan etiraz dalğasını kütləviləşdirə bilmir. Fikir vermisinizsə, respublika meydanında toplaşan aksiyaçıların sayı 1500-2000-i keçmir. Bununla isə hökuməti devirmək olmaz. Ümumiyyətlə müxalifət arasında da ciddi fikir ayrılıqları var. Bu isə vahid fikirə gəlməyə mane olur. Digər tərəfdən müxalifətə dəstək fonunda Rusiyanın aktivliyi müşahidə olunur. Yəni ermənilərin Qarabağdan Ermənistana köçürülməsinin arxasında dayanan niyyət onların İrəvanda olan etiraz dalğasına qoşulmasından ibarətdir. Ancaq buna da hökumət səviyyəsində qabaqlayıcı addımlar atıldı və bildirildi ki, Qarabağdan köçən ermənilər İrəvana buraxılmalı deyil. Bu isə zamanında atılmış addımdır".

Analitik əlavə edib ki, müxalifətdə lider problemi var:
"Bu gün Köçəryan və Sarkisyanı Ermənistan toplumu qəbul etmir. Çünki onların erməni xalqına verə biləcəyi heç nə yoxdur və konkret proqramla çıxış etmirlər. Ona görə də indiki hakimiyyətə alternativ olaraq görülmürlər. Bu gün müxalifət yeni lider axtarışındadır. Ancaq hər bir halda düşünürəm ki, indi Nikol Paşinyanı devirmək mümkün deyil. Ona görə ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinə ən yaxın qüvvə Paşinyan və hökumətidir. Bu səbəblə də Qərb onun devrilməsinə imkan verməz. Digər tərəfdən Nikol Paşinyan Ermənistanın beynəlxalq aləmdə müstəqil dövlət olması yönündə siyasət yürüdən yeganə dövlət başçısıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm