
"ABŞ və Avropa da Azərbaycan silahlarına ehtiyac duyur" - Ekspert
12:20 27.09.2023
Aktual
566
2020-ci ildən sonra Azərbaycan istehsalı olan silahlara tələb artıb. Bunun da əsas səbəbi bizim tarixi zəfərimiz oldu.
Bunu jurnalistlərə müdafiə sənayesi naziri Mədət Quliyev deyib.
"30-a qədər dövlət bizə silah alışı üçün müraciət edib və bu say artmaqdadır. ABŞ də bizdən silah alır", - deyə o, əlavə edib.
Nazir qeyd edib ki, hazırda Azərbaycanda 800-dən çox yeni silah növləri üzərində işlər aparılır.

Dünya müdafiə sənayesi kompleksinin iki hissədən ibarət olduğunu deyən hərbi ekspert Ramil Məmmədli "Sherg.az"a vurğulayıb ki, bunlardan birincisi, Sovet-rus, ikincisi, isə ABŞ-NATO standartlarıdır:
"Ümumiyyətlə Ukraynadakı müharibə başladıqdan sonra ABŞ Rusiyadan hərbi vasitələrin satınalınmasına dair sanksiya tətbiq edib. Paralel olaraq Rusiya da öz istehsalı olan hərbi təyinatlı məhsulların ixracını dayandırıb. Belə olan təqdirdə isə dünyada Sovet-rus istehsalı olan hərbi məhsulların ciddi qıtlığı yaranıb və təlabat artıb. Azərbaycan müdafiə sənayesi kompleksi də dünyada azsaylı sektorlardandır ki, məhz Sovet-rus elmi-nəzəri bazası əsasında silah və sursatın istehsalını həyata keçirir. Bu baxımdan vaxtilə Rusiya, Belarus və Qazaxıstandan (xatırladaq ki, Belarus və Qazaxıstan da ölkədən çıxışa məhdudiyyət tədbiq edib) istehsal edilən məhsullara tələbat çoxalıb. Bunu isə Azərbaycan ödəyir".
Ekspert qeyd edib ki, hazırda Azərbaycan müdafiə sənayesi kompleksi istehsal həcmini artırmaqla məşğuldur:
"Nəyin ki, Asiya, Afrika ölkələri, hətda ABŞ və Avropa da Azərbaycan istehsalı olan hərbi təyinatlı vasitələrə ehtiyac duyur. Bu məsələnin genişlənəcəyi isə artıq hiss olunur. Yəqin ki, müəyyən dövrdən sonra daha geniş satınalmalar həyata keçiriləcək. Digər tərəfdən Amerika da Azərbaycan istehsalı olan bəzi məhsulların alıcısıdır. Bu isə təbiidir və hesab edirəm ki, Azərbaycan potensialını daha da artıracaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm