ÜST-dən siqaretlə bağlı XƏBƏRDARLIQ
18:24 27.09.2023
Dünya
529
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dərslərdə, küçədə oyun vaxtı və ya məktəb avtobusunu gözləyərkən adi və elektron siqaret çəkməyi qadağan etməyə çağırıb və xəbərdarlıq edib ki, gənclər hələlik tütün və nikotin məmulatları üzrə marketinq auditoriyasının əsas hədəflərindən biridir.
Trend xəbər verir ki, ÜST-nin məlumatına görə, tütün sənayesinin bu cür yanaşması nəticəsində elektron siqaretlərin istifadəsi genişlənib və siqaret çəkən on nəfərdən doqquzu bu zərərli vərdişə 18 yaşından əvvəl, bəziləri isə 11 yaşınadək başlayır.
“Məktəblərin unikal vəziyyətdə olması onlara siqaret çəkməyin və uşaqlar tərəfindən tütünün digər növləri və nikotindən istifadə edilməsinin azaldılmasında mühüm rol oynamağa imkan verir”, - ÜST-dən bildirilir.
Avropalı yeniyetmələr arasında siqaret çəkmə nisbətinin azalmaqda davam etməsinə baxmayaraq, ÜST, elektron siqaretlər də daxil olmaqla, yeni tütün və nikotin məmulatlarının sayının artması barədə məlumat verib.
Ətraflı
BMT-nin agentliyi qeyd edir ki, bu məmulatlar birdəfəlik adi və bir qayda olaraq, üzərində sağlamlıq üçün ziyanın olması haqqında xəbərdarlığın olmadığı elektron siqaretlərin satışı sayəsində gənclər üçün daha əlçatan olub.
“Təcili tədbir görməsək, tütün sənayesinin qeyri-etik təcrübəsi səbəbindən tütün və nikotin istehlakçılarının yeni nəslinin yaranmasının şahidi ola bilərik”, – deyə ÜST-nin Avropa üzrə regional direktoru Hans Klyuge bildirib.
Cenevrədə jurnalistlərin qarşısında çıxış edən ÜST-nin Tibb şöbəsinin rəhbəri Kerstin Şotte xəbərdarlıq edib ki, tütün hər il səkkiz milyon və ya hər dörd saniyədə bir insanın həyatına son qoyur. Bununla belə, tütün tüstüsündən ölən 1,3 milyon insan özləri bu məmulatın istifadəçisi deyil, passiv siqaret çəkməyin qurbanı olur. Şotte qeyd edib ki, “dünyada uşaqların yarısı tütünlə çirkləndirilmiş hava ilə nəfəs alır və nəticədə hər il tütün tüstüsünün təsiri səbəbindən 51 min uşaq ölür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm