Türkiyə zəvvarları ilə bağlı açıqlama verildi
Yusif Nəzərli
06:27 31.12.2023
Aktual
500
Həcc ziyarətiylə bağlı iddialara aydınlıq gətirildi
Türkiyə-Səudiyyə Ərəbistanı ilə arasındakı futbol krizisindən sonra Həcc ziyarətiylə bağlı da xəbərlər yayılıb. Sosial mediada yayılan bəzi məlumatlarda sözügedən böhranın Türkiyə zəvvarlarının Həcc ziyarətinə mane olacağı, Səudiyyə Ərəbistanı vəliəhdi, şahzadə Muhəmməd bin Salmanın türk zəvvarlarının Həcc ziyarəti üçün ölkəyə gəlişinə yasaq qoyması iddiaları yer alıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, sosial mediada yayılan məlumatları Türkiyə Dezinformasiya ilə Mücadilə Mərkəzi təkzib edib. Mərkəz bununla bağlı rəsmi internet səhifəsi üzərindən paylaşım edərək yayılan xəbərin həqiqəti əks etdirmədiyini diqqətə çatdırıb: “Bəzi sosial media hesablarında Səudiyyə Ərəbistanı vəliəhdi şahzadə Muhəmməd bin Salmanın Türkiyə vətəndaşlarına Həcc qadağası qoyduğuna dair məlumatlar yayılıb. Bildiririk ki, bu, doğru məlumat deyil, dezinformasiyadır. Nə Türkiyə, nə də Səudiyyə Ərəbistanı hökumətləri bu xəbəri təsdiqləmir. Türkiyə vətəndaşlarına Həcc ziyarəti üçün hər hansı bir qadağa tətbiq edilməyib. Əsassız iddialara etibar etməyin”.
Qeyd edək ki, bu kimi yanlış məlumat Futbol üzrə Türkiyə kuboku uğrunda “Qalatasaray”-“Fənətbaxça” matçının Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyadda keçirilməsi məlum səbəblərdən baş tutmadıqdan sonra yayılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə