
Bakıda həbsdə olan Vardanyanın sərvətindən də “pay” umurlar - RƏY
13:57 29.04.2024
Siyasət
362
Amerikalı konqresmenlər erməni lobbisinin sponsorluğu ilə hər cürə mənəviyyatsızlığa hazırdır
ABŞ senatorlarının və konqresmenlərinin zaman-zaman ermənipərəst təşəbbüslərlə çıxış etməsinə dəfələrlə şahidlik etmişik. Bu mənada ABŞ-nin bir qrup konqresmeninin bu günlərdə Azərbaycanın əksəriyyəti hərbçilərdən ibarət olan 40 nəfər yüksək vəzifəli şəxsinə sanksiyalar tətbiq edilməsi təşəbbüsünü irəli sürməsi əsla təəccüblü deyil.
Məsələnin təəccüblü olan və tamamilə absurd tərəfi odur ki, təşəbbüs müəllifləri sözügedən hərbçilərin həmin bədnam “sanksiyalar siyahısı”na salınmasının səbəbini Azərbaycanda "insan haqlarının pozulması" ilə əlaqələndirməyə çalışıblar. Lakin əsl hədəf 44 günlük Vətən müharibəsindəki Qələbəmizə və Qarabağda erməni separatizminin ləğvi ilə nəticələnən lokal antiterror əməliyyatına görə Azərbaycana "cəza tədbirləri"nin tətbiq edilməsi cəhdidir. Ermənipərəst konqresmenlərin “sanksiyası” göstərir ki, bu təşəbbüsün əsas hədəfi heç də insan hüquqlarının qayğısına qalmaq deyil. Çünki məlum siyahıda adları çəkilən hərbçilərin və rəsmilərin insan haqları sferası ilə heç bir əlaqəsi yoxdur. Ortada sadəcə və sadəcə qisas faktoru var.

Azərbaycan Həmrəylik Komitəsinin sədri, siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, anti-Azərbaycan mövqeyindən və türkəfobiyadan əl çəkmək istəməyən erməni lobbisi və bu lobbinin “qidalandırdığı” Qərb parlamentariləri ərazi bütövlüyümüzün bərpa edilməsini, erməni separataçılarının təmizlənməsini heç cür həzm edə bilmirlər. Ekspertin sözlərinə görə, onların hərbçilərimizi sanksiyalar vasitəsilə "cəzalandırmaq" niyyəti də məhz qisas almaq istəyindən xəbər verir:
"Ermənipərəst qüvvələr mənfur erməni təcavüzkarlığına qarşı, erməni separatizminə qarşı mübarizədə fərqlənmiş insanlarımıza qarşı məhz bu yolla psixoloji təzyiq göstərməyə çalışırlar. Lakin Fransa Senatının anti-Azərbaycan xarakterli qətnamələri kimi, ABŞ-nin ermənipərəst konqresmenlərinin sanksiya təşəbbüsü də kağız üzərində qalacaq. Biz amerikalı konqresmenlərə daha faydalı işlərlə məşğul olmağı tövsiyyə edirik. Dina Titus kimi qatı ermənipərəst konqresmenin rəhbərliyi ilə zabitlərimizə, məmurlarımıza və hakimlərimizə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinin hazırlanması üçün səbəb kimi göstərilən - “erməni əsirlərin hüquqlarının pozulması” iddiası ümumiyyətlə absurddur. Bu iddia onu göstərir ki, rüşvətxor konqresmenlər hazırda Bakıda həbsdə olan milyarder erməni separatçısı Ruben Vardanyanın sərvətindən də “pay” umurlar. Amerikalı “qanunvericilər” Vardanyanın pullarına görə hətta onun vaxtilə Ukraynada separatçılığa sponsorluq etməsinə də, digər çirkli işlərinə də göz yumurlar".
Ə.Hüseynov əlavə edib ki, rüşvətxor ermənipərəst senator Bob Menendezin yerini tutmağa və özünü “erməni xalqının fədakar dostu” kimi sırımağa çalışan D.Titus Azərbaycana qarşı sanksiya təşəbbüsünü Amerika Erməni Milli Komitəsinin (ANCA) qondarma “erməni soyqırımı”nın ildönümü münasibətilə təşkil etdiyi mərasimdə irəli sürüb:
"Bu da təsadüfi deyil. Çünki ANCA-nın rəsmi saytında konqresmen Titus erməni maraqlarının müdafiəçilərindən biri kimi təqdim edilir. Və Titus da bu cür təqdimata etirazını bildirməyib. Bu da onu göstərir ki, amerikalı konqresmenlər erməni lobbisinin sponsorluğu ilə hər cürə mənəviyyatsızlığa hazırdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm