Qubanın Xınalıq kəndinə qar yağıb

Qubanın Xınalıq kəndinə qar yağıb.

APA-nın Şimal bürosunun məlumatına görə, kəndə axşam saatlarından qar yağmağa başlayıb.

Xınalıq kəndində qarın qalınlığı artıq 9-10 santimetrə çatıb.

Hazırda ərazidə yağmurlu və şaxtalı hava şəraiti hökm sürür, qarın yağması intensiv şəkildə davam edir.