Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
Tibb işçilərinə gecə yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib
13:48 03.05.2024
Sosial
498
Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib.
Bu, Nazirlər Kabinetinin qərarı ilə “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi
sistemi, növləri və məbləği”ndə edilən dəyişiklikdə əksini tapıb. Qərara əsasən, Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə (cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində çalışanlar istisna olmaqla) və çoxnövbəli iş rejiminə görə əlavə haqq “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 74 nömrəli Qərarına əsasən ödəniləcək.
Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə vaxtı yerinə yetirilən işin hər saatına görə əlavə haqq aşağıdakı qaydada ödənilir:
a) həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar avtomobillərinin sürücülərinə (o cümlədən avtonəqliyyat müəssisə-
lərinin və başqa təşkilatların ştatında olan) - saatlıq vəzifə (tarif) maaşının 50 faizi miqdarında;
b) digər işçilərinə - vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə ödəniləcək.
İndiyə qədər tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar avtomobillərinin sürücülərinə (o cümlədən, avtonəqliyyat müəssisələrinin və başqa təşkilatların ştatında olan) gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi, digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilirdi.
Tibb müəssisələrinin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilən digər işçilərinə, habelə çoxnövbəli iş rejimində çalışan işçilərinə gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əlavə haqq qüvvədə olan mövcud qanunvericiliyə əsasən ödənilirdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol