
Qızqaçırma halları: Ənənə, yoxsa oğurluq?
09:47 06.05.2024
Cəmiyyət
705
Azərbaycanda evlənmək məqsədilə qızqaçırma halları mütəmadi olaraq baş verir. Daxili İşlər Nazirliyi (DİN) bildirib ki, qızqaçırma adam oğurluğudur, hansısa istisna yoxdur. Yəni kimsə nikaha məcbur edilə bilməz, bu, qadağandır, məsuliyyət yaradır.
Bəs Azərbaycanda hər il təxminən neçə qızqaçırma faktı qeydə alınır? Modern.az bununla bağlı statistikanı öyrənməyə çalışıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2023-cü ildə 31 adam oğurluğu hadisəsi törədilib ki, bunun da 17-si qızqaçırma olub. 2022-ci ildə adam oğurluqlarına dair 45 hadisə qeydə alınıb ki, bundan da 25-i evlənmək məqsədilə qızların qaçırılması faktıdır.
Bəs, müasir dövrdə evlilik məqsədilə qız qaçırma hallarının bu səviyyədə olması nə dərəcədə doğrudur?
Məsələ ilə bağlı "Sherg.az"a danışan sosioloq Lalə Mehralı bildirib ki, öncə statistikada könüllü olaraq qoşulub qaçan qızların olub-olmaması araşdırılmalıdır:

"Əgər bir qız öz istəyinə uyğun qoşulub gedirsə, bu adam oğurluğu deyil, qızqaçırtma ənənəsi hesab olunur. Yəni milli adət-ənənələrdən sayılır. Uzun illərdən bəridir ki, bu evlilik üçün atılan addımlardan biridir. Qızın ailəsi narazıdırsa və yaxud, toy etmək üçün imkanları yoxdursa, qızın könüllü olaraq qoşulub getməsi vəziyyəti yaranır. Təbii ki, həmin qız yetkinlik yaşına çatmalı, istəyi ilə bu addımı atmalıdır. Yetkinlik yaşına çatmayan qızın könüllü belə olsa, öz sevdiyi oğlanla qaçması adam oğurluğu hesab edilməlidir. Çünki onlar qərar verməkdə sərbəst yaşda deyil. Bəzi hallarda qaçırılma halları zamanı qız şikayyətini geri götürür. Buna baxmayaraq, həmin şəxs əməlinə görə, cəzalandırlılmalıdır. Qarşı tərəf minnətçi kimi birini həmin qızın evinə şikayyətini geri çəkmək üçün göndərir. Bu halda qohumluq, dostluq, insani duyğulara görə, şikayyət ərizəsini geri götürürlər. Amma dövlət bu istiqamətdə müəyyən tədbirlər görməli və sərt cəza mexanizmləri tətbiq etməlidir ki, gələcəkdə bu kimi hallarla qarşılaşmayaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya