“Qüds Türkiyənin qırmızı xəttidir, Qarabağ kimi ora da öz azadlığına qovuşacaq”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Mustafa Çiftçi deyib.
“Qüds qırmızı xəttimizdir. 839 il əvvəl bu gün Səlahəddin Əyyubi 88 illik həsrətə son qoyaraq, Qüdsü yenidən azadlığına qovuşdurdu. Hittində zülmün qarşısında imanla dayanan Səlahəddin Əyyubi Qüdsə intiqam hissi ilə deyil, ədalət və mərhəmətlə daxil oldu. O, yalnız bir şəhəri fəth etmədi, bütün ümmətə “Qüds yenidən azad ola bilər” həqiqətini göstərdi.
Dünən Qüdsün əbədi olaraq əsarət altında qalacağını düşünənlər yanıldılar, bugünkü işğalın da daimi olacağını düşünənlər yanılırlar. Şamın, Hələbin, Qarabağın azadlığını gördüyümüz kimi, Allahın izni ilə Qüdsün də azadlığını görəcəyik.
Zülm əbədi deyil. İşğal əbədi deyil. Qüds isə heç vaxt sahibsiz deyil”, - nazir sosial mediada yazıb.