
Fransa neokolonialist siyasətindən əl çəkməyib -POLİTOLOQ
Fransa neokolonialist siyasətindən əl çəkməyib -POLİTOLOQ
09:20 08.05.2024
Dünya
579
Ermənilərə olan "dərin məhəbbətin" kökündə də eyni niyyət dayanır
Fransa Cənubi Qafqazda özünə yer eləmək üçün Ermənistan kartından istifadə edir
“Cənab Prezident İlham Əliyev “Bakı Prosesi”ndəki nitqində bir sıra önəmli məqamlara toxunub, lazımi mesajlar verdi. Onlardan biri də Fransanın müstəmləkəçilik siyasəti ilə bağlıdır. Müxtəlif coğrafiyaları iddia etmək həvəsində olan Fransa nəzarətində olan bölgələrdə məcburi assimilyasiya həyata keçirir. Bölgənin yerli əhalisinin silinməsi cəhdləri çox böyük fəlakətlərə yol aça bilər”.
Bu sözləri “Sherg.az”a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov deyib.
Politoloq Prezident İlham Əliyevin neokolonializm meyilləri ilə bağlı məsələyə tez-tez öz etirazını bildirdiyini vurğulayıb. Onun sözlərinə görə, dövlətimizin başçısı Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla yüksək tribunalardan sadalayıb:
“Qoşulmama Hərəkatının tərkibində fəaliyyət göstərən “Bakı Təşəbbüs” qrupu da “dəniz aşırı” və müstəmləkə əraziləri ilə təmaslar qurub tədbirlər keçirir. Bu tədbirlər müstəvisində də bölgədə törədilən insanlıq əleyhinə cinayətlər ifşa edilir. Beynəlxalq tədbirlərdə Fransanın imperialist və riyakar siyasətinin ifşa olunması da eyni məqsədə xidmət edir. Fransanın neokolonialist siyasəti artıq ifşa edilib. 30 il ərzində vasitəçi maskası altında gizlənən, əslində isə Cənubi Qafqazda sülhə bilavasitə mane olan Fransanın iç üzü artıq hamıya məlumdur. Lakin onun hədə-qorxu ritorikası və ermənilərə silah verməsi bizi öz haqq işimizdən döndərə bilməz və Azərbaycan bölgədə Fransanın varlığının mümkün olmadığını dünyaya və Fransanın özünə sübut edəcək”.

İ.Hüseynov həmçinin qeyd edib ki, Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər, müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamafob kampaniyalar təşkil edir:
“Cənubi Qafqazda özünə yer eləmək üçün Ermənistan kartından istifadə etməsi, əslində, Fransanın neokolonialist siyasətinin yeni təzahür formasıdır. Ermənilərə olan "dərin məhəbbətin" kökündə də eyni siyasət dayanır. Fransanın tarixinə nəzər salsaq görərik ki, bəşər tarixində bu dövlət qədər müstəmləkəçilik siyasəti yürüdən ikinci dövlət olmayıb. Dünyanın müxtəlif regionlarında 50-dən artıq dövlətin ərazisini işğal edərək sərvətlərini talayan, xalqlarını uzun illər əsarətdə saxlayan Fransanın törətdiyi insanlıq və bəşəriyyət əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bu ölkənin tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirib”.
Politoloq hesab edir ki, hazırda 13 ərazini öz müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Eyni zamanda buna səsini çıxarmayan Avropa təsisatlarının “qoca qitə”də yerləşməyən ölkələrin daxili işlərinə müdaxiləsi cəhdləri hiddət doğurur. Həmçinin digər ölkələrin daxili işlərinə qarışmağı adətə çevirmiş Avropa Parlamenti və AŞPA-nın bununla bağlı susqunluğu diqqəti cəlb edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə
Rzayi Mustafayevin barmaq uclarını niyə sıxdı? - VİDEO
11:29 02.10.2026
Gündəm
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
11:25 02.10.2026
Gündəm
Azərbaycanda güclü zəlzələ oldu - Foto
11:22 02.10.2026
Hadisə
Nikzad: Xamenei möcüzə sayəsində xilas oldu
11:10 02.10.2026
Dünya
Peskov: Rusiyaya atəşkəs yox, sülh lazımdır
10:31 02.10.2026
Dünya
Paşinyan Minskdəki iclasa onlayn qatıldı
10:29 02.10.2026
Dünya
Güllü Muradovaya vəzifə verildi
10:25 02.10.2026
Mədəniyyət