Əməkhaqqının artması yaşayış səviyyəsinin yaxşılaşdırılmasının bir nömrəli göstəricisidir -RƏY
12:27 14.05.2024
Sosial
587
2024-cü il aprelin 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1748,9 min nəfər olub, onlardan 899,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 849,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsi ndən verilən məlumata görə, muzdla işləyənlərin 19,0 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8 faizi sənaye, 8,4 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 14,7 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
2024-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 985,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
İqtisadçı ekspert, Eldəniz Əmirov "Sherg.az"a bildirib ki, əmək haqqının artması əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasının bir nömrəli göstəricisidir:
“Bu maddi ehtiyacların qarşılanması və digər istiqamətlər üzrə insanların yaşayışına ciddi təsir göstərir. Dövlət Statistika Komitəsinin verdiyi rəqəmlərin doğruluğunu qəbul edirəm. Məsələn bazarda bəzi məhsulun qiyməti 20 faiz artıb. Ancaq Statistika Komitəsi deyir ki, bu 10 faizdir. Mən Statistika Komitəsinin dediyini qəbul etməliyəm. Ona görə qəbul etməliyəm ki, inflyasiyanı və istehlak indeksini hesablayarkən 528 adda mal və məhsuldan istifadə olunur. Dövlət Statistika Komitəsinin təqdim etdiyi rəqəmlərə şübhə etmək peşəkar yanaşma deyil. Bu səbəblə də onların açıqladığı rəqəmlərə inanıram.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya