
İranın növbəti təhdidi: Tehranın Azərbaycanı İsraillə əlaqələrə görə tənqid etməsi mənasızdır -RƏY
13:27 14.05.2024
Gündəm
465
İran rəhbəri Əli Xameneinin ofisinin mətbu orqanı sayılan “Keyhan” qəzeti Qəzza məsələsi ilə bağlı dərc etdiyi məqalədə Azərbaycan Respublikasına qarşı təhdidamiz ifadələr işlədib.
Qəzetin əməkdaşı və yazının müəllifi Məsud Əkbəri məqalənin bir neçə yerində İsrail-Azərbaycan münasibətlərinə toxunub, İsrailin enerji ehtiyacının yarıdan çoxunun Azərbaycan nefti hesabına təmin olunduğunu vurğulayıb.
Bildirilib ki, Asiyadan Hind okeanı-Ədən körfəzi-Bab əl-Məndəb boğazı və Qırmızı dəniz marşrutu vasitəsilə İsrailin Eylat limanına mal daşınmalarının qarşısı husilər tərəfindən alınır:
“Qeyd etdiyimiz başqa bir strateji marşrut var, o isə Bakı-Tiflis-Ceyhan kəməridir. Bu dəhlizin pozulması sionist rejimin bütün iqtisadiyyatında böhrana səbəb ola bilər”
Xaricdə fəaliyyət göstərən İran hökumətinə müxalif ekspertlər “Keyhan” qəzetinin bu ifadəsini kəmərə qarşı təxribat çağırışı kimi dəyərləndiriblər.
Qeyd edək ki, “Keyhan”ın baş redaktoru radikal mövqeyi ilə tanınan Hüseyn Şəriətmədari birbaşa Əli Xameneinin göstərişi ilə bu vəzifəyə təyin olunub. Burada gedən yazılar İranın rəhbəri Əli Xameneinin başçılıq etdiyi mühafizəkar qanadın - SEPAH və ETTELAAT-ın mövqeyini əks etdirir.
Ankara Hacı Bayram Vəli Universitetinin doktorantı, cənubi azərbaycanlı politoloq Məhsa Mehdili "Sherg.az"a bildirib ki, İran hökumətinin Qəzza məsələsindəki mövqeyinin səbəbi Fələstin xalqının marağı yox, İsraillə olan güc mübarizəsidir:

"Hazırda İran Qəzzada sülhdən yox, müharibədən yanadır. Qəzzadakı hadisələrə səbəb olan HƏMAS -ın İsrailə hücumunun İran tərəfindən dəstəklənməsi də bunun əsas nümunəsidir. Azərbaycan suveren və müstəqil dövlətdir. O xarici siyasətini hansısa ölkənin maraqları üzərində qurmur. Rəsmi Tehranın "sionist rejimin bütün iqtisadiyyatında böhran" planına nəzər yetirsək, burada da molla rejiminin ikiüzlü siyasətinin şahidi olarıq. Hazırda İranın ən yaxın ticari-iqtisadi tərəfdaşı olan Çin, həmçinin İsrailin Şərqi Asiyadakı ən böyük ticari ortağıdır. Görünür İran rəsmi Pekinin Həmasın İsrailə hücumunu ilk pisləyən ölkələrdən olduğunu da unudub. Yuxarıda sadalağımız səbəblərə əsaslanaraq İranın Azərbaycanı İsraillə ticari əlaqələri olduğu üçün tənqid etməsinin əsassız və mənasız olduğunu rahatlıqla demək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya