Leyla Əliyeva İsveçrədə BMT ofisində görüşlər keçirib
Yusif Nəzərli
06:56 22.05.2024
Siyasət
402
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsveçrənin Cenevrə şəhərinə işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının (ÜƏP) Cenevrə Qlobal ofisinin direktoru Cankarlo Çirri və BMT Ətraf Mühit Proqramının (ƏMP) Avropa üzrə yeni təyin olunmuş regional direktoru Arnold Kraylhuber ilə görüşüb.
IDEA İctimai Birliyindən APA-a bildirilib ki, ÜƏP rəsmisi ilə keçirilən görüşdə IDEA təşkilatı ilə ÜƏP arasında BMT-nin Dayanıqlı İnkişaf məqsədlərindən olan Yer Kürəsində aclığın aradan qaldırılması üzrə birgə fəaliyyət, o cümlədən münaqişələr, təbii fəlakətlər və iqlim dəyişmələrindən əziyyət çəkən insanların ərzaqla təminatına dair müzakirələr aparılıb.
Leyla Əliyeva IDEA İB-nin Azərbaycanda və bölgəmizdən kənarda müxtəlif BMT qurumları ilə çoxşaxəli əməkdaşlıq nümunələrini diqqətə çatdıraraq, ÜƏP ilə daha sıx tərəfdaşlığa hazır olduqlarını vurğulayıb. Bu xüsusda o, son illər Azərbaycanda könüllülər hərəkatının geniş vüsət tapdığını və istər ölkə daxilində, istərsə də ölkədən kənarda dəyərli təcrübə qazandıqlarını nəzərə alaraq, ÜƏP-in dünyanın müxtəlif bölgələrində fəaliyyətlərinə Azərbaycan könüllülərinin cəlb olunmasını təklif edib.
ƏMP regional direktoru ilə keçirilən görüşdə IDEA İctimai Birliyinin bu BMT proqramı ilə Azərbaycanda həyata keçirdikləri müxtəlif layihələrə istinad edilib, uğurlu əməkdaşlıq nümunələri kimi canlı aləmin bir sıra növlərinin mühafizəsini ehtiva edən layihələr, o cümlədən Xəzər dənizinin ekologiyasının mühafizəsi və bərpası təşəbbüsləri göstərilib. Leyla Əliyeva xüsusilə qeyd edib ki, 30 ilə yaxın işğal altında olan ərazilərimizdə meşələr qırılıb, su hövzələri çirkləndirilib, təbii ehtiyatlarımız amansızcasına istismar olunub, nəticədə ölkəmizin ekologiyasına ciddi zərər vurulub. Bu baxımdan işğala məruz qalmış ərazilərimizdə təbiətin bərpası və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində ƏMP ilə əməkdaşlığın vacibliyi qeyd olunub.
IDEA İB-nin rəhbəri hər iki BMT proqramının nümayəndəsini bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfransına dəvət edib və bu proses çərçivəsində birgə tədbirlər keçirmək imkanlarını müzakirə etməyə hazır olduqlarını diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronaldo millinin düşərgəsini tərk edib
23:35 30.09.2026
Futbol
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region