
Kamil Zeynallıya qarşı dələduzluq edən şəxsə hökm oxundu
Kamil Zeynallıya qarşı dələduzluq edən şəxsə hökm oxundu
10:45 31.05.2024
Hadisə
421
İdmançı Kamil Zeynallıya və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Sherg.az APA -ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi keçirilən iclasda son sözlə çıxış edən təqsirləndirilən E. Ağayev məhkəmədən ona bəraət verilməsini xaiş edib.
Daha sonra hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Ev tikintisi ilə məşğul olan E. Ağayev ümumilikdə 300 min manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
İttihamda göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev etibardan sui-istifadə edərək Ceyhun Baloğlanovun 58 min manatını, idmançı Kamil Zeynallının 20 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs eyni üsulla Vasif Yusifova qarşı 53 min manatlıq dələduzluq edib. E. Ağayev iş üzrə ümumilikdə 7 nəfərə qarşı 300 min manatlıq dələduzluqda ittiham olunur. İttihamda göstərilib ki, təqsirləndirilən şəxs Emil Ağayev etibardan sui-istifadə edərək Ceyhun Baloğlanovun 58 min manatını, idmançı Kamil Zeynallının 20 min manatını mənimsəyib. Təqsirləndirilən şəxs eyni üsulla Vasif Yusifova qarşı 53 min manatlıq dələduzluq edib. E. Ağayev iş üzrə ümumilikdə 7 nəfərə qarşı 300 min manatlıq dələduzluqda ittiham olunur. O, zərərçəkmişlərə ev tikmək üçün söz versə də, sonradan yığılan məbləği mənimsəyib.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya