İranda səfərdə olan Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İslam Respublikasının Prezidenti Məsud Pezeşkianla görüşüb.
Axar.az İRİB-ə istinadən xəbər verir ki, görüşdə İran-Azərbaycan əlaqələrinin inkişafı müzakirə olunub.
"Quru, hava və dəmir yolu marşrutlarının inkişafı Tehran və Bakı əlaqələrinin möhkəmləndirilməsinə zəmin yaradır", - məlumatda bildirilib.
Görüşdə nəqliyyat, dəhliz marşrutlarının gücləndirilməsi və mövcud imkanlardan istifadə edilməsi vurğulanıb.
Xatırladaq ki, dünən Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana səfəri çərçivəsində iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü keçirilib.