Ekoloq: İnsanlarda balıq ovlama mədəniyyəti olmalıdır
Yusif Nəzərli
12:42 23.09.2024
Cəmiyyət
544
Balıqların kürüləmə dövrü ilə əlaqədar sənaye balıq ovuna tətbiq edilən moratoriumun müddəti sentyabr ayının 1-dən etibarən bitib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətində bildirilib.
Qeyd edilib ki, xidməti ərazilər olan dövlət qoruqları, milli parklar, dəniz və digər su hövzələrində sənaye balıq ovu ilə məşğul olmaq istəyən vətəndaşların nəzərinə çatdırılır ki, ov zamanı kimyəvi,zəhərli və partlayıcı maddələrdən,eyni zamanda qanunla qadağan olunmuş sintetik tor, elektrik cərəyanı, itiuclu qarmaq kimi ov alətlərindən istifadə etmək qəti qadağandır:
“Su bioresurslarında, o cümlədən Xəzər dənizində yerləşən strateji obyektlərin yaxınlığında mövcud qanunları kobud şəkildə pozaraq qanunsuz balıq ovlayan şəxslər saxlanılaraq su polisləri tərəfindən cinayət və inzibati xətalar məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyətinə cəlb ediləcəklər.
Su polisləri tərəfindən su hövzələrinə nəsil artımı üçün buraxılan körpə nərəcinsli, həmçinin digər növ balıqların qanunsuz ovlanmasının qarşısını almaq və Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərini, müxtəlif təyinatlı naqilləri, eləcə də dəniz qumunu oğurlayan şəxslərə qarşı da mübarizəni mütəmadi olaraq davam etdirirlər.
Vətəndaşlardan Xəzər dənizində və su hövzələrində hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”.
Ekoloq Qorxmaz İbrahimli “Sherg.az”a bildirib ki, insanlarda balıq ovlama mədəniyyəti olmalıdır:
“Vətəndaşlarımız hər zaman balıq ovlayıblar. Lakin müxtəlif partlayıcılarla və ya suya elektrik verməklə ov etmək mədəniyyətsizlikdir. Bunu tək cəza ilə deyil, həm də maarifləndirmə yolu ilə insanları başa salmaq lazımdır. Qarmaqla balıq ovlamağa kimsə bir söz deyə bilməz. Həmçinin sənaye üsulu ovlama, yəni tor və qayıqla balıq tutmaq da normal qayda olmalıdır. Yəni sintetik torlarla balıq ovlamaq olmaz”.
Ekspert əlavə edib ki, kütləvi balıq satılan yerlər təşkil edilməlidir:
“Hər bir şeyi təşkil etmək hökumətin əlindədir. Sadəcə özləri təşkil etmir. Bu cür maddələrlə balıq tutmanın əleyhinəyəm. Balıq sezonu başlayan zaman televiziyalarda, mətbuatda yayımlamalıdırlar. Çünki bu mədəniyyətdir. Təəsüf ki, bizim ölkədə bunların heç biri yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vinisiusa qarşı irqçilik edən futbolçuya ağır cəza verildi
04:00 25.04.2026
Futbol
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya