İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb -YENİLƏNİB
Yusif Nəzərli
10:44 17.11.2024
Gündəm
434
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşüb.
Sherg.az xəbər verir ki, Maimuna Mohd Şərif Prezident İlham Əliyevə COP29-da yerli icmalar statusunda Kuala-Lumpur şəhərinin meri kimi çıxış etməsinə yaradılan imkana və COP29-da Azərbaycanın sədrliyi yanında yaradılmış Məşvərət Şurasına daxil edilməsinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Qonaq COP29-un yüksək səviyyədə təşkili ilə bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırdı.
Söhbət zamanı Maimuna Mohd Şərifin UN-HABITAT rəhbəri olduğu dövrdə Azərbaycan ilə bu qurum arasında əməkdaşlığın inkişafına verdiyi töhfə qeyd olundu, ölkəmizin 2026-cı ildə BMT-nin ən vacib tədbirlərindən biri olan Dünya Urban Forumuna ev sahibliyi edəcəyi məmnunluqla vurğulandı və buna hazırlıq prosesinin artıq başlanıldığı bildirildi.
Görüşdə Bakının və ölkəmizin digər şəhərlərinin inkişafı kontekstində Azərbaycanın urban planlaşdırma və urbanizasiya sahəsində nailiyyətləri xüsusilə qeyd olundu, işğaldan azad edilmiş ərazilərimizdə şəhərlərin və kəndlərin qurulması prosesindəki təcrübəsi vurğulandı.
Söhbət zamanı Bakı və Kuala-Lumpur arasında əməkdaşlığın inkişafı ilə bağlı təcrübə mübadiləsinin aparılması məsələsinə toxunuldu, Bakının və Kuala-Lumpurun qardaşlaşmış şəhərlər kimi əlaqələrinin qurulması istiqamətində fikir mübadiləsi aparıldı.
Bütövlükdə, Azərbaycan ilə Malayziya arasında dost münasibətlərinin olduğu, ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini daim dəstəklədikləri qeyd edildi. Siyasi əlaqələrimizin ruhuna uyğun olaraq iqtisadiyyat, ticarət, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşüb.
Sherg.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət
Rusiyaya gecə hücumu: Ozon anbarı və sənaye müəssisəsi vuruldu
08:33 15.09.2026
Dünya
Əkin sahələri böyüyür, ərzaq ucuzlaşacaq?
08:20 15.09.2026
İqtisadiyyat
Zabitə Alıyevanın toyudur - FOTO
08:18 15.09.2026
Şou
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
08:17 15.09.2026
Dünya
Britaniya mübahisəli adalara yeni qırıcılar göndərəcək
08:11 15.09.2026
Dünya
Təhsil müəssisələrində ilk dərs günü başlayır
08:03 15.09.2026
Elm və Təhsil
Mbappe sabiq klubuna təzminat ödəyəcək
07:50 15.09.2026
Futbol