
176 radioötürücü stansiyası quraşdırılıb - AÇIQLAMA
Yusif Nəzərli
03:31 12.12.2024
Aktual
581
Ölkə ərazisində radio yayımının keyfiyyəti və əhatə dairəsi artıb
Prezident İlham Əliyevin 24 iyul 2023-cü il tarixli "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" sərəncamı çərçivəsində radioyayım şəbəkəsi genişləndirilib, təkmilləşdirilib, yayım infrastrukturu isə müasirləşdirilib.
Bu barədə Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı mövzusunda keçirilən seminarda məlumat verilib. Bildirilib ki, layihənin məqsədi əhalinin milli radiolara əlçatanlığının daha yüksək səviyyəyə çatdırılması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyinin göstərilməsi, yeni texnologiyaların tətbiqi ilə eyni radioproqramların müxtəlif ərazilərdə fasiləsiz qəbul imkanının yaradılması nəzərdə tutulub.
Görülmüş işlərə gəldikdə isə 176 ədəd FM radioyayım ötürücüsü, 60 dəst anten sistemi, 48 dəst cəmləmə qurğusu, 44 ədəd RDS qurğusu və s. quraşdırılıb.
Fasiləsiz enerji təminatı üçün zəruri infrastruktur yaradılıb. Elektrik veriliş xətləri çəkilib, transformatorlar, generatorlar, UPS və s. avadanlıqlar quraşdırılıb.
Mövcud yayım stansiyalarının maddi-texniki bazası yaxşılaşdırılıb.
Müvafiq stansiyalar təmir edilib, havalandırma və avadanlıqların məsafədən idarə edilməsi sistemləri qurulub.

Sözügedən tədbirdə iştirak edən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Sherg.az”a açıqlamasında deyib ki, RİNN və Audiovizual Şuranın təşkilatçılığı ilə keçirilən tədbir daha çox ötən il Prezident sərəncamı ilə radioyayım sektorunun inkişafı üçün ayrılan 13.7 milyon manat vəsaitlə bağlı görülən işlərin Hesabatına həsr olunmuşdu: “Nazirlik, Audiovizual Şura, Teleradio Birliyi və Dövlət Radiotezliklər İdarəsi tərəfindən təqdim olunan təqdimatlarda adıçəkilən sərəncamın icrası istiqamətində qısa zamanda xeyli işlərin görüldüyü diqqət cəlb edirdi.
Ölkə ərazisində radio yayımının keyfiyyəti və əhatə dairəsi artıb, 176 radio ötürücü stansiyası quraşdırılıb, hərəkətdə olarkən eyni radioproqramın yayım keyfiyyəti yaxşılaşdırılıb, ayrılan tezlik nominalların sayı artırılıb, radio proqramlara əlçatanlıq təmin edilib, mövcud maddi-texniki baza təkmilləşdirilib.
Ümumölkə statuslu yerüstü radio kanalların sayı 17-ə çatdırılıb. Radio yayımçılara da 3 illik texnoloji dəstək veriləcək.
Əsas müzakirə predmeti həm də rəqəmsal radioya keçid məsələsi oldu.
Teleradio Birliyi artıq bir neçə ildir ki, DAB+ texnologiya ilə rəqəmsal radionu ölkə ərazisində testdən keçirir. Rəqəmsal radioyayıma keçidlə bağlı hökumət 2024-2028-ci illəri əhatə edən tədbirlər planını təsdiq edib.
Cari ilin sonunadək Teleqüllədən aparılan DAB+ standartlı radioyayım avadanlıqlarının yeniləri ilə əvəz edilməsi və Ağsu rayonunda yerləşən "Gülüstan" radio-televiziya yayım stansiyasından DAB+ yayımın təşkili planlaşdırılıb. Bu sahədəki mövcud problemlərə diqqət yetirilib. Müzakirələrdə ölkəyə gətirilən Çin istehsallı avtomobillərin bir çoxunda rəqəmsal yayımı dəstəkləyən radionun olmadığı diqqətə çatdırılıb. Xatırladıram ki, bu texnologiya ilə təmin olunan avtomobillərdə qiymət fərqi ən azı 300-500 manat arasında dəyişir. Müzakirələrdə DAB+ texnologiyanı dəstəkləyən cihazların ölkəyə gətirilməsinin stimullaşdırılması, hökumətin bu sahəyə dəstəyinin və güzəştlərin təşkili, bu texnologiya ilə təmin edilən avtomobillərin idxalının stimullaşdırılması, maarifçilik işlərinin təşkili məsələlərinə toxunulub”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi..
04:14 10.09.2026
Cənubi Qafqaz
"Apple" yeni ağıllı saat modellərini təqdim edib
03:03 10.09.2026
Texnologiya
KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb
02:32 10.09.2026
Aktual
Tramp ABŞ-nin İrana zərbələri gücləndirəcəyini bəyan edib
01:58 10.09.2026
Gündəm
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə