Türkiyədə göbələk zəhərlənməsi faciəsi: İki uşaq anası həyatını itirdi

Türkiyənin Aydın vilayətinin Nazilli rayonunda göbələk yedikdən sonra zəhərlənən 45 yaşlı Nurcan Alp xəstəxanada vəfat edib.

Sherg.az xəbər verir ki, İhlas Haber Ajansının məlumatına görə, iki uşaq anası olan qadın göbələk yedikdən sonra özünü pis hiss edərək xəstəxanaya müraciət edib. Müayinələr zamanı onun qaraciyərində ciddi zədələnmə aşkarlandığından reanimasiyaya yerləşdirilib.

Vəziyyəti ağırlaşan Nurcan Alp üçün təcili qaraciyər donoru axtarılıb. Uyğun donor tapıldıqdan sonra əməliyyat olunan qadının vəziyyətinin yaxşılaşacağına ümid edilsə də, o, həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Nurcan Alpın meyitinin günorta namazından sonra Nazilli rayonunun İsabeyli məhəlləsindəki Çarşı məscidindən götürülərək yerli qəbiristanlıqda dəfn ediləcəyi bildirilib.

Hadisə ilə bağlı araşdırma davam edir.