
Tramp olmasaydı, Rusiyanın Ukraynaya daha böyük ərazi iddiaları ortaya çıxardı -Politoloq
10:40 05.05.2025
Siyasət
463
Rusiya bütün Ukraynanı istəyir.
Bu sözləri ABŞ Prezidenti Donald Tramp "NBC Nyus"a açıqlamasında deyib.
Ağ Ev rəhbəri bildirib ki, mən müdaxilə etməsəydim, onlar indi bütün Ukrayna üçün döyüşəcəkdilər. Rusiyanın indiki hissəyə (işğal etdiyi ərazilərə - red.) ehtiyacı yoxdur.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Donald Tramp müəyyən qədər həqiqətləri ehtiva edir:

“Çünki Rusiyanın hədəflərindən biri Ukraynanın mümkün qədər daha çox mərkəzi hissələrinə sirayət etməkdir. Hesab edirəm ki, Rusiya bəlkə də Ukraynanın mərkəzində özü üçün Avropa və Baltikyanı ərazilərdən gələcək dırnaqarası təhdidləri bloklamaq üçün bufer zona yaratmasıyla bağlı açıqlamalar verərdi. Donald Tramp belə söyləyirsə, deməli, Rusiyanın Ukraynanın daxilinə doğru irəliləməsiylə bağlı Amerika kəşfiyyatında və siyasi rəhbərliyində faktlar var. Amma hər bir halda Rusiyanın əvvəldən bu cür fikri olsa da, müharibədə istədiyi nəticəni qazanmaması nəticəsində düşüncələrindən vaz keçə bilərlər. Rusiyanın indiki məqamda bu siyasətindən geri çəkilməsinin səbəblərindən biri Amerika ilə əldə olunan razılaşmalardır. Bu baxımdan Tramp olmasaydı, Rusiyanın Ukraynaya daha böyük ərazi iddiaları ortaya çıxardı. Çünki demokratlarla Rusiya arasında heç bir danışıq imkanları yox idi. Hazırda isə Tramp və respublikaçıların dövründə həmin siyasət dəyişib və Amerikayla Rusiya müəyyən məsələləri müzakirə edirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya