Rusiyanın Ukraynanın hücumuna cavab verəcəyi ehtimalı yüksəkdir -Politoloq
12:41 05.06.2025
Dünya
424
Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Tramp ilə keçirdiyi telefon danışığında Ukraynanın son dövrlərdə Rusiya ərazisinə qarşı həyata keçirdiyi hücumların qəbuledilməz olduğunu bildirib və vurğulayıb ki, Moskva bu təxribatlara cavab vermək məcburiyyətində qalacaq. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Prezident Putin Trampa Rusiyanın milli maraqlarını və vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcəyini, bu məsələdə qərarlı və qətiyyətli olduğunu açıq şəkildə bildirib. Söhbət zamanı tərəflər regional təhlükəsizlik məsələlərini də müzakirə ediblər.
Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Rusiya-Ukrayna müharibəsində tutduğu mövqe Trampın hakimiyyətə gəlişi ilə müəyyən qədər dəyişdi:
"Onun rəhbərliyi altında ABŞ daha fərqli strategiya izləməyə başlayıb. Hazırda atəşkəsin əldə olunması olduqca çətin və mürəkkəb məsələ olaraq qalır. Lakin məlumdur ki, hadisələr Trampın tam istədiyi istiqamətdə inkişaf etmir. İstanbulda keçirilən görüşlər müsbət və ümidverici addım sayılsa da, təəssüf ki, hələ ki, real nəticələr əldə olunmayıb. Bu nəticəsizlik isə cəmiyyətdə və beynəlxalq aləmdə pessimist düşüncələrin yaranmasına səbəb olur. Eyni zamanda, Ukraynanın davam edən hücumları danışıqlar prosesinin irəliləməsi üçün əlverişli şərait yaratmır. Bu hücumların cavabsız qalmayacağı və Rusiyanın öz növbəsində buna cavab verəcəyi ehtimalı olduqca yüksəkdir."
Politoloq əlavə edib ki, ABŞ bu gərgin vəziyətdən öz maraqları naminə istifadə etməyə çalışacaq:
"Yəni Rusiyanın mümkün hücumlarının qarşısını almaqda passiv davranaraq, vəziyyəti nəzarətsiz buraxa bilər. Bununla da ABŞ Ukraynanı danışıqlar masasına əyləşdirməyə çalışacaq. Lakin bütün hallarda ABŞ baş verən prosesləri öz siyasi maraqlarına uyğun istiqamətləndirməyə və nəticələri öz lehinə çevirməyə cəhd göstərəcək."
Fidan Fərhad
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya