Siqaret dəhşətli yanğına səbəb oldu - VİDEO
08:22 29.07.2025
Hadisə
397
Bakıda söndürülməmiş siqaret kötüyünün atılması yanğına səbəb olub.
Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, siqaretin tam söndürülmədən zibil qutusuna və ya torbasına atılması bariz yanğın təhlükəsi yaradır:
"Hazırda yay fəslinin davam etdiyi qızmar günlərdə tam söndürülməyən siqaretin fəsadları quru hava şəraitində daha ciddi yanğınlara səbəb olur. Belə hadisələrdən biri də Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 46 ünvanında baş verib. Adı çəkilən ünvanda Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın nəzarəti üzrə inspektorları tərəfindən aparılmış ibtidai araşdırma nəticəsində, vətəndaş tərəfindən siqaret çəkilməsi zamanı ehtiyatsızlığa yol verilməsi səbəbindən maddi ziyanla nəticələnən yanğın hadisəsinin baş verdiyi müəyyən edilib.
Məlum olub ki, vətəndaş söndürülməmiş siqaret kötüyünü karton qutuların içərisinə atıb, sonradan onun söndürülməsi üçün cəhd göstərsə də, siqaret közünün tam sönməsinə əmin olmadan ərazini tərk etdiyindən nəticədə yanğın hadisəsi baş verib.
Analoji hərəkətlərin digər ərazilərdə də vətəndaşlar tərəfindən təkrarlanma halları istisna edilmir ki, bu da insanların kütləvi toplaşdığı müxtəlif təyinatlı, təhlükə potensiallı, o cümlədən mühüm əhəmiyyətli və həyat təminedici obyektlərdə, meşə və digər təbiət ərazilərində yanğınların baş vermə riskini artırır. Təəssüflə vurğulayırıq ki, genişmiqyaslı maarifləndirmə işlərinin aparılmasına baxmayaraq mövcud mənzərə vətəndaşların hələ də səhlənkar davranışlara yol verməsinin nümunəsidir. Bütün bunları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhalini xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Əsas etibarilə açıq ərazilərdə siqaret çəkilməsi zamanı ərazinin yanğına qarşı vəziyyəti düzgün qiymətləndirilməli, söndürülməmiş siqaret kötüyü ətrafa atılmamalıdır. Bəsit bir qayda pozuntusu ciddi və ağır nəticələrə səbəb olan yanğın hadisələrinin başlıca səbəbləridir. Unutmayın, qaydalara biganəlik - həyatımıza təhlükədir!"
FHN təhlükə zamanı “112”yə zəng etməyi tövsiyə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm