Qurban Qurbanov: "Sabah "Ferentsvaroş"a qarşı səhvsiz oynamağa çalışacağıq"
18:19 18.08.2025
İdman
546
"Qarabağ" "Ferentsvaroş" qarşı səhvsiz oynamağa çalışacaq.
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib:
"Yenidən Budapeştdə olmaq xoşdur. Bu stadionda, çılğın azarkeş kütləsi önündə yaxşı komandaya qarşı çıxış etmək həqiqətən xoşdur. Bizi istəkli komandaya qarşı oyun gözləyir. Rəqib kimi biz də Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmaq istəyirik. Sabah səhvsiz oynamağa çalışacağıq. Yaxşı nəticəyə ümid edirik".
O, 2023-cü ildə Çempionlar Liqasının III təsnifat mərhələsində "Ferentsvaroş"la qarşılaşdıqlarını xatırladıb:
"Həmin vaxtdan rəqibin heyətində bir çox dəyişikliklər olub. Həmçinin məşqçilər korpusu da dəyişib. Eləcə də "Qarabağ"ın da bəzi futbolçuları komandadan ayrılıb. Sabahkı qarşılaşma hər iki kollektiv üçün maraqlı olacaq. Düşünürəm ki, Bakıdakı oyunda artıq hər iki tərəf bir-birini daha yaxşı tanımış olacaq. Rəqibə qarşı ilk matçda sona qədər mübarizə aparmalıyıq".
Q.Qurbanov rəqibin sürətli futbola üstünlük verdiyini düşünür:
"Bu komanda hücumlara həddindən artıq sürətli çıxır. Rəqib artıq tam fərqli sistemdə çıxış edir. Fiziki cəhətdən çox yaxşıdırlar və dinamik oyuna üstünlük verirlər. "Qarabağ" daha çox çalışıb topa sahib olmağa çalışır. "Ferentsvaroş" isə çalışır ki, rəqibə mane olsun və öz oyununu sərgiləyə bilməsin. İstənilən halda belə rəqiblərə qarşı oynamışıq. Lakin etiraf etməliyik ki, "Ferentsvaroş"un heyətində yer alan futbolçular daha bacarıqldırlar".
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rumıniya Moskvadakı səfirini geri çağırıb
17:48 27.07.2026
Dünya
Bakıda güclü külək nəticəsində 4 nəfər xəsarət alıb
17:30 27.07.2026
Hadisə
İran Ukraynaya raket atsa, özünü məhvə sürükləyəcək - TƏHLİL
17:20 27.07.2026
Aktual
Saatlıda “Tik-tok”da qadınları təhqir edən gənc oğlan cərimələndi
17:03 27.07.2026
Hadisə
Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edilib
16:52 27.07.2026
Cəmiyyət
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm