Mingəçevirdə 21 yaşlı şəxs qonşusunu bıçaqladı

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə şəhərin Şəfa Bağları adlanan yaşayış massivində qeydə alınıb.

21 yaşlı Ələkbər Osmanov mübahisə zəmnində qonşusu 39 yaşlı Şahid Məmmədovu bıçaqlayıb.

İlkin məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində Ə.Osmanov saxlanılıb.

Faktla bağlı Mingəçevir Polis Şöbəsində araşdırma başlanılıb.