Britaniyanın iki hava limanında bomba təhlükəsi

Böyük Britaniyanın Hitrou və Birmingem hava limanlarına bomba təhdidi ilə bağlı məlumatlar daxil olub.

Teleqraf xəbər verir ki, araşdırmalardan sonra Hitrou hava limanının rəhbərliyi hədələrin əsassız olduğunu açıqlayıb.

Hadisə Avropanın müxtəlif ölkələrində təyyarələrə qarşı ardıcıl bomba hədələrinin qeydə alındığı bir vaxta təsadüf edib.