
Kafedə idmançılara xidmət rədd edildi: Hüquqlarımızı kim qoruyur?
13:17 01.09.2025
Cəmiyyət
613
Eyyub Hüseynov: İstehlakçıların hüquqları haqqında qanun yenilənməli və bu kimi hallar qanunvericilikdə nəzərə alınmalıdır
Bakıda səhər saatlarında idman məşğələsi çərçivəsində qaçış həyata keçirən “Run Club” iştirakçıları qısa fasilə zamanı kofe qəbul etmək məqsədilə paytaxt ərazisində yerləşən kofe mağazalarından birinə müraciət ediblər.
Lakin ödəniş müqabilində içki almaq istədikdə, satıcılar tərəfindən onlara “Run Club” üzvlərinə kofe satılmasının mümkün olmadığı bildirilib.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, Azərbaycanda sahibkarlıq üçün son dərəcə rahat şərait yaradılıb:

“Əslində, hökumət sahibkarların üstün mövqeyini formalaşdırıb. Bəzi hallarda isə, hətta müasir supermarketlərdə alıcılar mağazaya daxil olduqda onlara potensial hüquq pozucusu kimi yanaşılır, çantaları yoxlanılır, saxlanılır və belə bir mühit yaradılmışdır ki, biznes qurumları alıcılarla istədikləri kimi rəftar edə bilirlər. Bu kimi şikayətlər daxil olduqda məsələ dövlət orqanları qarşısında qaldırılır. Lakin cavab olaraq bildirilir ki, sahibkarlar öz ərazilərində istədikləri qaydada davranmaq hüququna malikdirlər və qanunvericilikdə istehlakçıya mal satmaqdan imtina etdiklərinə görə hər hansı məsuliyyət nəzərdə tutulmayıb. Buna görə də, təəssüf ki, Azərbaycanda bu vəziyyət mövcuddur və bu hal üzrə konkret olaraq heç kəsi günahlandırmaq mümkün deyil. Məsələn, bəzi restoranlarda müştəriyə “üzün xoşuma gəlmir” və ya “tək gəlmisən, içəri buraxmırıq” kimi əsaslarla xidmət göstərilməsindən imtina edildiyi hallar mövcuddur. Bu isə Azad İstehlakçılar Birliyinin arzu etdiyi vəziyyət deyil. Bu səbəbdən mütləq şəkildə istehlakçıların hüquqları haqqında qanun yenilənməli və bu kimi hallar qanunvericilikdə nəzərə alınmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə
Konfrans Liqası: "Trabzonspor" Almaniya klubuna qarşı
09:10 05.11.2026
Futbol
77 yaşlı Vera Vonq…
08:39 05.11.2026
Şou
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür
08:08 05.11.2026
Maraqlı
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
07:37 05.11.2026
Sosial
Cemre Baysel futbolçu ilə eşq yaşayır?
06:26 05.11.2026
Şou
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
05:50 05.11.2026
Maraqlı
AnTuTu oktyabr ayının ən güclü Android telefonlarını açıqladı
05:15 05.11.2026
Texnologiya