ABŞ-da polislər üsyan etdilər: “Bizimlə heyvan kimi rəftar etməyin”

“Mən Derek Şovin deyiləm. Biz kimisə öldürmüşük? Xeyr! Bizimlə heyvan kimi rəftar etməyi dayandırın”.
RT-nin məlumatına görə, ABŞ Polislərin Həmkarlar İttifaqının rəhbəri Mayk Omira ölkədə baş verən iğtişaşlarla əlaqədar sakinlərə, mətbuata və həmkarlarına müraciət edərkən belə deyib.

Onun sözlərinə görə, hər il polis idarələrinə 375 milyon müraciət daxil olur: “Haqqımızda sonsuz sayda müsbət rəy var. Ancaq qəzetlərdən oxuyuram ki, Afroamerikalılar Birliyi uşaqlarının məktəbdən qayıdarkən polislər tərəfindən öldürüləcəyindən qorxurlar. Biz hansı dünyada yaşayırıq?!”
“Bizimlə başkəsən kimi davranmağı dayandırın. Bizə hörmətlə yanaşın. Qanunvericilərimiz bizi tərk edib. Bizi qaralayıblar. Bu qorxuncdur”, - deyə Omira sözlərinə davam edib.

O, həmçinin ötən həftə Los-Ancelesdə öldürülən polisləri də xatırladıb:

“Heç kim onlar barədə danışmır. Biz Minneapolis şəhərində zorakılığı qınayırıq. Onun etdiyi hərəkət iyrəncdir. Biz belə etmirik”, - deyə Həmkarlar İttifaqının rəhbəri sözlərini yekunlaşdırıb.