Amerikalı milyarder İlon Mask özünün “Neuralink” şirkətinin texnologiyaları sayəsində iflic olan insanların yaxın illərdə yenidən hərəkət etmək imkanı qazanacağını bildirib.
Sherg.az xəbər verir ki, Mask “X” sosial şəbəkəsindəki paylaşımında “Neuralink yaxın illərdə insanlara yenidən yerimək və əllərindən istifadə etmək imkanı verəcək” deyə qeyd edib.
O, bu açıqlamanı beyin implantı yerləşdirilən ilk insan Nolan Arbo ilə bağlı paylaşımı şərh edərkən verib.