“Adidas” qaradərili işçilərinin sayını artıracaq
15:58 10.06.2020
Cəmiyyət
578
“Adidas” ABŞ-da qaradərili vətəndaş Corc Floydun öldürülməsindən sonra başladılan “Black Lives Matter” hərakatına dəstək məqsədi ilə şirkətdə azı 30 faiz qaradərili və Latın Amerikasından olan şəxslərin çalışacağı haqda açıqlama yayıb.
“Portland Business Journal” xəbər verir ki, Minneapolisdə baş verən hadisədən sonra “Adidas”ın minlərlə işçisi etiraz aksiyasına qoşularaq şirkətdən qaradərili vətəndaşlara daha yaxşı dəstək verilməsini tələb ediblər.
Cağırışlara cavab verən şirkətin rəhbəri Kasper Rorsted dərisinin rəngindən asılı olmayaraq bütün əməkdaşları üçün təhlükəsiz və bərabər imkanlar yaradacağını, səslərinin eşidiləcəyi bir mühit yaratmaq üçün daha çox səy göstərəcəklərinə söz verib.
Xatırladaq ki, mayın 25-də Corc Floyd saxta əsginazlarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.
Kadrlarda C.Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub.
Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
2026-cı ilin payızına damğa vuracaq 7 moda trendi
11:49 13.09.2026
Maraqlı
İsrail ordusu Livanın cənubuna artilleriya zərbələri endirib
11:45 13.09.2026
Dünya
Vanı nəhəng çəyirtkələr bürüdü: Boyları 20 santimetrə çata bilir
11:30 13.09.2026
Hadisə
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
11:06 13.09.2026
Dünya
Gümrüdə parklanma mübahisəsi qətllə nəticələnib
10:55 13.09.2026
Hadisə
Tatarıstana hücum edildi: ölü və yaralılar var - VIDEO
10:46 13.09.2026
Dünya
Messi MLS-də bombardirlər yarışında liderliyə yüksəldi
10:45 13.09.2026
Futbol
Uşaqlarda yanıq riskini azaltmaq üçün tövsiyələr
10:37 13.09.2026
Sağlamlıq
Banqladeşdə qızılca şübhəsi ilə ölən uşaqların sayı 999-a çatıb
09:57 13.09.2026
Dünya
Macarıstan III Çarlzdan hədiyyə etdiyi iki atını geri istədi
09:31 13.09.2026
Dünya
Sinopda bu il yumurtadan çıxan 73 leylək köç yoluna başlayıb
08:31 13.09.2026
Maraqlı
Rusiyada məktəblərdə hərbi hazırlıq saatları artırılıb
08:07 13.09.2026
Dünya
Bədəndə çoxlu xalınız varsa, hər il saymalısız – Onkoloq
07:29 13.09.2026
Sağlamlıq